CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həcc ziyarəti ilə bağlı yenə məlumat – Güzəşt edildi

© AFP 2023 / ABDEL GHANI BASHIRМусульманские паломники в Каабе, фото из архива
Мусульманские паломники в Каабе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1 500 nəfərlik kvota ayrılıb. Ziyarətinin qiyməti isə 4 490 ABŞ dollarıdır

BAKI, 19 fevral — Sputnik. Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyə qədər 100 nəfər müraciət edib.

Мусульманские паломники в Каабе. Архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məkkədəki zəvvarlarımızdan pis xəbər

Sputnik Azərbaycanın “Report”a istinadla məlumatına görə, sənəd verənlərin arasında az sayda olsa da, ziyarətə təkrar getmək istəyənlər də var.

Bu il Həcc ziyarətinə təkrar getmək istəyənlərə güzəşt edilməsi ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, onlar üçün nəzərdə tutulan əlavə ödəniş ləğv edilib. Ötən il bu rüsum 75 ABŞ dolları idi. Bu il isə Həcc ziyarətinə təkrar getmək istəyənlər həmin məbləği ödəməyəcəklər.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1 500 nəfərlik kvota ayrılıb. Ziyarətinin qiyməti isə 4 490 ABŞ dollarıdır.

Həcc ziyarəti Ramazan bayramı ərəfəsində - iyulun 20-dən avqustun 15-dək baş tutacaq.

Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.

Xəbər lenti
0