10:03 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
6510

"Azəriqaz" İB bildirir ki, abonentlər onları narahat edən məsələlərlə bağlı 104/185 Çağrı Mərkəzinə zəng edə və ya (+994) 77 3 104 104 saylı "Whatsapp" nömrəsinə yazılı, səsli və ya görüntülü mesaj göndərə bilərlər

BAKI, 18 fevral — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi bütün abonentlərin, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-əhali qrupundan olan abonentlərin problemlərini daim diqqətdə saxlayır. "Azəriqaz" İB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, abonentlərin üzləşdiyi çətinliklər barədə daxil olan məlumatlar dərhal araşdırılır.

Bildirilib ki, bu barədə Birliyin baş direktoru Ruslan Əliyevin xüsusi tapşırığı var:

"Qaz təsərrüfatının hər bir səlahiyyətli məsul işçisi abonent məmnuniyyətinə nail olmaq üçün səylə çalışmalı, xüsusən də sahibkarlarla ünsiyyətdə səbrli davranmalı, onların problemlərinin həllinə qanununvericiliyin tələbləri gözlənilməklə yardımçı olmalıdırlar".

Bu tapşırıqların yerlərdə (Regional qaz istismar İdarələrində (RQİİ)) icrası daim nəzarətdə saxlanılır, nöqsanlara yol verən işçilər isə cəzalandırılır. Elə bu günlərdə sahibkarlarla ünsiyyətdə yol verdiyi nöqsanlara görə Lənkəran RQİİ-nin baş mühəndisi İxtiyar Höküməli oğlu Seyfullayev fevralın 17-də Birliyin baş direktorunun əmri ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, 2019-cu ildə bu və ya digər formada vəzifə səlahiyyətlərini icra edərkən səhvlərə yol verən Birliyin 270 əməkdaşı barəsində intizam-tənbeh tədbirləri tətbiq olunub. Onlardan 114 nəfər Birliyin idarəetmə aparatı, 156 nəfər isə Regional Qaz İstismar İdarələrində çalışan şəxslərdir.

"Azəriqaz" İB abonentləri bildirir ki, abonentlər onları narahat edən məsələlərlə bağlı 104/185 Çağrı Mərkəzinə zəng edə və ya (+994) 77 3 104 104 saylı "Whatsapp" nömrəsinə yazılı, səsli və ya görüntülü mesaj göndərə bilərlər.

Əlaqədar

Azərbaycan məhkəməsində ilk dəfə: bundan sonra belə cinayətə də cəza verilir
Bakıda oğurluq qaz sayğacları quraşdırılır - "Azəriqaz" xəbərdarlıq etdi
"Azəriqaz" İB xəbərdarlıq etdi - VİDEO
Paytaxtın məşhur qəsəbəsinə qaz verildi
Yol tikənlər dörd rayonu qazsız qoydular

Əsas mövzular