CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladlığagötürmə ilə bağlı qaydalar dəyişdirildi

© REUTERS / Mohammed SalemДевочка читает книгу, фото из архива
Девочка читает книгу, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Övladlığagötürmə ilə bağlı elektron qaydada müraciət edilməsi üçün valideyn-namizəd ilk növbədə notariat orqanında müvafiq ərizə formasını doldurur

BAKI, 18 fevral — Sputnik. Valideyn-namizədlərin övladlığa götürmə ilə bağlı müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, övladlığagötürmə ilə bağlı elektron qaydada müraciət edilməsi üçün valideyn-namizəd ilk növbədə notariat orqanında müvafiq ərizə formasını doldurur. Bundan sonra valideyn-namizəd "ASAN Login"lə alstistemdə qeydiyyatdan keçir və altsistemdə müraciət anketini doldurur:

"Bu müraciət altsistem tərəfindən qəbul edilir və aidiyyəti qurumların informasiya resurslarına inteqrasiya şəraitində həmin anket məlumatları araşdırılaraq yoxlanılır. Növbəti mərhələdə Nazirliyin DOST Agentliyinin övladlığagötürmə üzrə departamenti müraciəti qəbul edir. Məlumatlar yoxlanıldıqdan sonra valideyn-namizədin müraciəti qeydə alınır. Övladlığagötürmə tələblərinə uyğunluq olmadığı təqdirdə isə müraciətə imtina verilir. Müraciətin statusu ilə bağlı valideyn-namizədin şəxsi kabinetinə müvafiq məzmunda bildiriş göndərilir".

Xəbər lenti
0