CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Sədərək"də yanğınla bağlı sərnişinlərə xəbərdarlıq

© © AR Ministry of Emergency SituationsСитуация в "Садараке", 18 февраля 2020 года
Ситуация в Садараке, 18 февраля 2020 года - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın nəticəsində 117, 120, 126, 130, 164, 174, 176, 194, 206, 211 nömrəli müntəzəm marşrutların fəaliyyətində müəyyən çətinliklər yaranıb

BAKI, 18 fevral — Sputnik. Səhər saatlarında "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın nəticəsində 117, 120, 126, 130, 164, 174, 176, 194, 206, 211 nömrəli müntəzəm marşrutların fəaliyyətində müəyyən çətinliklər yaranıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, məsələ ilə bağlı daşıyıcılarla əlaqə saxlanılıb və alternativ yollardan istifadə etməklə marşrutların fasiləsiz fəaliyyətinin təmin olunması tapşırılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzində yanğın baş verib. Yanğın 10-11 ci sırada başlayıb. Hadisə yeriə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəb edilib. Yanğın söndürülüb.

Xəbər lenti
0