CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kirayə mənzili satın almaq istəyənlərə yenə vəd verdilər

© pixabay / SchluesseldienstКлючи от дома, фото из архива
Ключи от дома, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Ötən ay bu mənzillərə görə müraciətə başlanıldıqda vətəndaşın elektron müraciət formasını doldurmaq istəyərkən müxtəlif dövlət qurumlarının həmin şəxslə bağlı məlumatların sistemə inteqrasiya olunması zamanı texniki problem yaranmışdı"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. Cari il yanvarın 22-də yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə elektron müraciətlərin qəbulu prosesinə başlanılsa da, saytda yaranan problem ev almaq istəyənlərin arzularını ürəyində qoyub. Belə ki, yaranan problemlə əlaqədar olaraq İpoteka və Kredit Zəmanət Fondu məlumat yayaraq bildirib ki, "Elektron hökumət" portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb.

Sosial mənzil layihəsi bir çoxları üçün ümid yerinə çevrilib. Amma buna baxmayaraq, problem yaranmasından bir aya yaxın vaxt keçsə də, onun həll olunub-olunmaması ilə bağlı heç bir məlumat yayılmır.

Ключи висят на ветке дерева, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Üzü astarından baha çıxan layihə - Ona hər adamın əli çatmayacaq

Sputnik Azərbaycan kirayə evlərlə bağlı son vəziyyəti öyrənib. Fonddan verilən məlumatdan belə qənaətə gəlmək olar ki, yaxın günlərdə kirayə evlərə görə müraciətə başlanılacaq: "İşlər yekunlaşdıqdan sonra biz bununla bağlı bir məlumat yayacağıq. Hazırda işlər test mərhələsindədir. Qeyd edim ki, ötən ay bu mənzillərə görə müraciətə başlanıldıqda vətəndaşın elektron müraciət formasını doldurmaq istəyərkən müxtəlif dövlət qurumlarının həmin şəxslə bağlı məlumatların sistemə inteqrasiya olunması zamanı texniki problem yaranmışdı. Bu da müraciətlərin kütləviliyi səbəbindən baş vermişdi".

Fonddan verilən məlumatda bildirilib ki, test mərhələsi bitdikdən sonra sistem yenidən işə salındıqda artıq bu cür texniki problemlər yaşanmayacaq: "Çox qısa zamanda sistem işə düşəcək. Lakin hələlik bununla bağlı olaraq dəqiq bir tarix açıqlaya bilmirik. Amma bu müddət bir aydan artıq olmayacaq".

Qeyd edək ki, Azərbaycanda kirayə mənzil mexanizmi ilə satılacaq mənzillərin aylıq minimal ödənişləri Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq.

Xatırladaq ki, ötən ilin yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması" haqqında Fərman imzalayıb. Qaydalara əsasən, aylıq ödənişin tərkibinə yaşayış sahəsinin və fondun vəsaitlərini cəlbetmə dəyəri, ayrılan ehtiyatlar, fondun yaşayış sahəsini saxlaması, sığortalaması və idarəetməsi ilə bağlı xərclər daxildir. Bu layihənin əsas özəlliyi isə əlavə faizin olmamasından ibarətdir. Lakin şəxs ödənişini edə bilmədikdə bu ev ondan alınacaq və öncədən ödədiyi vəsaitlər geri qaytarılmayacaq.

Xəbər lenti
0