06:23 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
180130

Bu gün yollarda psixoloji cəhətdən sağlam olmayan çox sayda sürücülər var. Onlar bir-birini öldürməyə, bıçaqlamağa da hazırdılar.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 fevral — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulu üçün xüsusi bağlı meydança yaradılıb. Belə ki, bundan sonra meydançadakı avtomobillərdən sürücülük vəsiqəsi almaq üçün imtahandan keçmiş şəxslər istifadə edəcəklər.

Yol polisi əməkdaşı, arxiv şəkli
© Sputnik / Murad Orujov

Meydançada əyani imtahan verən şəxslərin bilik və bacaracaqlarını bundan sonra imtahan götürən müəllimlər deyil, xüsusi texniki vasitələr qiymətləndirəcək. Yəni, artıq təcrübə imtahanları şöbənin əməkdaşları tərəfindən deyil, xüsusi texniki vasitələrin köməyi ilə qiymətləndiriləcək.

Nəqliyyat məsəsləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki. sürücülük vəsiqələrinin verilməsi üçün imtahandakı yenilik hələ ki Sumqayıt Regional Qeydiyyat-İmtahan şöbəsində həyata keçiriləcək.

"Texnologiyaların inkişafı işin keyfiyyətinin artırılmasına xidmət edir. Bu keyfiyyətin artırılması ortaya müsbət nəticələr qoyur. Sürücülük vəsiqəsinin verilməsi ilə bağlı zaman-zaman təkliflər irəli sürülürdü. Yeniliklərin olması bir daha sübut edir ki, yol polisi özü də bu yeniliklərə hazırdır. Bunun hansı formada tətbiq ediləcəyi və digər imtahan şöbələrinə də tətbiq edilib-edilməyəcəyi hələ ki, açıq qalır" - deyən ekspert vurğulayb ki, əvvəllər sürücülük vəsiqəsi almaq istəyənlər müəllimlərdən şikayət edirdi.

Ancaq artıq imtahan prosesində tam şəffaflıq təmin olunur.

"İmtahan verən sürücüyə 5 ildən çox istifadə edilməyən avtomobillər verilir, kameralar qoyulur. Hətta sürücüyə avtomat və ya mexaniki ötürücü qutusu olan avtomobili seçmək imkanı da verilir. İmtahanların xüsusi texniki vasitələrlə qiymətləndirilməsi təqdirə layiqdir. Hesab edirəm, digər imtahan şöbələrində də bu tətbiq edilsə yaxşı olar" - deyə E. Muradlı bir sıra yeniliklərin olmasını labüd hesab edir.

Onun fikrincə, bəzi sürücülər imtahan verdikdən sonra ona verilən sualları və verdikləri cavabların hansısa sənəd üzərində onlara təqdim edilməsini istəyir. Beləliklə, sürücü növbəzi imtahana hazırlaşarkən eyni səhvləri etməməyə çalışır.

E. Muradlı qeyd edir ki, bu yeniliklərin edilməsi vacibdir: "Sürücülük vəsiqəsi imtahanları zamanı sürücülərin psixoloji vəziyyətinin nəzərə alınması da əhəmiyyətlidir. Çünki bu gün yollarda psixoloji cəhətdən sağlam olmayan çox sayda sürücülər var. Onlar bir-birini öldürməyə, bıçaqlamağa da hazırdılar. Onlar aqressiya nümayiş etdirirlər. Sürücülük vəsiqələri verilərkən, dəyişdirlərkən buna xüsusi dfiqqət yetirmək lazımdır".

Ekspert sürücülük vəsiqələrinin verilməsi zamanı sağlamlıq haqqında arayışın əhəmiyyətindən də söz açdı: "Bu proses bərpa edilməlidir. Sağlamlıq haqqında arayışın olması yollarda sağlam sürücülərin olması deməkdir. On il müddətində insanın başına hər şey gələ bilər. Ancaq bu insanlar sürücülük vəsiqəsini dəyişərkən "ASAN Xidmət"ə 25 manat ödəyərək bunu əldə edə bilirlər. Mən bu gün sükan arxasında bi əli, bir ayağı olmayan, bir gözü görməyən insanlar görürəm və bu çox təhlükəlidir".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yenilik sürücülük vəsiqəsi almaq istəyənlərə imtahanlara yaxşı hazırlaşmaq üçün stimul verəcək. Eyni zamanda bundan sonra sürücülük vəsiqəsi almaq istəyənlərn avtomobil idarə etmənin sadəcə nəzəriyyəsini deyil, eyni zamanda təcrübəsini də öyrənməli olacaqlar.

"Bilirsiniz ki, imtahanlar iki qaydada keçirilir. Birinci nəzəriyyədən olan suallara cavab, ikinci isə nəqliyyat vasitələrinin idarə edilməsidir. Nəqliyyat vasitəsinin idarə edilməsinin texniki vasitələrlə qiymətləndirilməsi müsbət haldır. Burada artıq isan faktoru olmayacaq. İmtahan verən şəxslər də özündə məsuliyyət hiss edəcək. Və imtahana gəlmədən yaxşı hazırlaşmağa çalışacaq" - deyə E. Cəfər əlavə edib ki, bu həm də yol polisində korrupsiyanın azalması ilə nəticələnəcək. Belə ki, artıq hazırlaşarq imtahan gələnlər imtahanda kimsə tərəfindən kəsilməyəcək.

Əsas mövzular