CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dumanlı, çiskinli, küləkli gün yaşayacağıq

Abunə olmaq
Havanın temperaturu Abşeronda gecə 1-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacaq

BAKI, 15 fevral — Sputnik. Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, fevralın 16-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskinli, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Дождь в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şənbə romantikası: hava pıçıldayır

Havanın temperaturu Abşeronda gecə 1-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə və gündüz 70-80% olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Xəbər lenti
0