22:41 22 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
16 0 0

Stilist Vadim Qalaqanov yaxın vaxtlarda dövri mətbuatda da işləyəcək, onun jurnalının ilk nüsxəsi bu il işıq üzü görəcək.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 15 fevral — Sputnik. Rusiyanın Bakı əsilli populyar ulduz stilisti Vadim Qalaqanov Rusiyada yeni "Elle Man" nəşrinə rəhbərlik edəcək. Nəşr ayda bir dəfə dərc olunan "GQ" jurnalına rəqib olacaq. Stilist Sputnik Azərbaycan-a bildirib ki, bu layihənin təsisçisi məşhur rəssam və jurnalist Aleksandr Şurenkovdur.

Jurnal ayda iki və ya dörd dəfə dərc olunacaq. Jurnalın ilk üzünün qəhrəmanı artıq Londonda çəkilişlərdə iştirak edib, lakin Qalaqanov hələ ki, jurnalın ilk nömrəsinin detallarını açıqlamaq istəməyib.

Qalaqanov uzun müddət "GQ Russia" jurnalının redaktoru olub və bir sıra məşhur ulduzlarla işləyib. 2017-ci ilin fevralında "Elle" jurnallının Rusiya versiyasında moda direktoru olub. O, Edrian Broudi, Cerad Batler, Naomi Kempbell, Ancelina Coli və digər məşhurlarla birgə işləyib.

Əsas mövzular