CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ünvanlı sosial yardım alanlar üçün şad xəbər

© Sputnik / Murad OrujovПачка азербайджанских манатов в руке. Архивное фото
Пачка азербайджанских манатов в руке. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Artıq vətəndaşın kredit öhdəliyinin, kredit borcunun olması və yaxud ünvanlı sosial yardımın verilməsi müddətində kredit götürməsi onun ünvanlı sosial yardım almaq hüququndan məhrum edilməsində əngəl olmayacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 fevral — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımının təyinatında ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi və sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün qanunvericilikdə təkmilləşdirmə işləri davam etdirilir.

Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Saxta ünvanlı yardım alanlara qarşı dəyişikliklər hazırlanıb - Eksklüziv

Nazirlikdən Sputnik Azərbaycan-a məlumat verilib ki, bu məqsədlə "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunda və "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nda dəyişikliklər layihələri hazırlanıb. Mövcud qanunvericiliyə görə, ailə tərkibində baş vermiş dəyişiklik və bu dəyişikliyə görə məlumat verilməməsi ailəyə sosial yardım təyinatından imtinaya və ya ailəyə yardımın dayandırılmasına səbəb olur. Yeni qanunvericilik layihələri isə həmin dəyişikliyin və buna görə məlumat verilməməsinin yardım təyinatına və ya ödənişinə təsir etməməsini nəzərdə tutur. Həmçinin ailənin gəlirlərində dəyişiklik baş verdiyi halda, bu barədə ailənin məlumat verməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətin 5 iş günündən 15 iş gününə və ya 21 günədək uzadılması yeni layihələrdə yer alıb.

Hazırda ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılarkən onun orta aylıq gəlirinə götürdüyü borc (o cümlədən kredit) da daxil edilir. Sosial yardımın təyinatından sonra da ailə üzvü kredit götürdüyü və bu barədə məlumat verilmədiyi halda ailəyə sosial yardım ödənişi dayandırılır, növbəti dəfə sosial yardım almaq üçün müraciət etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır. Yeni layihədə bu məhdudiyyət aradan qaldırılmaqla, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması əksini tapır.

Sözügedən dəyişikliklər ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, hazırda 3 istiqamətdə yumşaldılmalar nəzərdə tutulur:

"Birincisi, artıq ailə tərkibinin dəyişməsi ilə bağlı məlumatın verilib-verilməməsi tələblərdən biri olmayacaq. İkincisi, götürülən kreditlər ünvanlı sosial yardım alanın və yaxud bunu üçün müraciət edən ailənin gəliri hesab olunmayacaq. Beləliklə, artıq vətəndaşın kredit öhdəliyinin, kredit borcunun olması və yaxud ünvanlı sosial yardımın verilməsi müddətində kredit götürməsi onun ünvanlı sosial yardım almaq hüququndan məhrum edilməsində əngəl olmayacaq".

"Bundan sonra götürülən kredit ailənin gəliri hesab edilməyəcək və bu da məntiqlidir. Çünki ünvanlı sosial yardım ehtiyac meyarı çərçivəsində maliyyələşdirməni nəzərdə tutur. Məsələn, 2020-ci ildə ehtiyac meyarı artırılaraq 160 manat olub. Yəni vətəndaş kredit götürüb bu vəsaiti ona sərf edirsə, bu, o deməkdir ki, sabah krediti qaytara bilməyəcək. Bu istiqamətdə dəyişikliyin edilməsi müsbət haldır", - deyə o qeyd edib.

Ekspert bildirib ki, bundan başqa, digər dəyişikliyə görə, bir sıra sənədlər vətəndaşlardan artıq tələb edilməyəcək və sadələşdiriləcək: ""Elektron hökumət"in bazasında olan məlumatlar nazirlik tərəfindən birbaşa əldə ediləcək və vətəndaşdan bu məlumatlar tələb edilməyəcək. Həmçinin ailənin gəlirində dəyişiklik baş verdiyi zaman bu barədə ailənin məlumat verməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət artırılır. Bu müddətin 5 iş günündən 15 iş gününə və ya 21 günədək uzadılması nəzərdə tutulur".

Бизнесмены, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazirlikdə monitorinq qrupları yaradılacaq - Prezidentin tapşırıqlarından sonra

"Amma daha yaxşı olar ki, dəyişiklik edilərkən bir sıra məsələlər də nəzərə alınsın. Məsələn, onlardan biri vətəndaşın mülkiyyətində və yaxud da istifadəsində nəqliyyat vasitəsinin olmasıdır. İndiki halda nəqliyyat vasitəsinin mülkiyyətində və yaxud istifadəsində olması anlayışının aydınlaşdırılmasına ehtiyac var. Bir sıra hallarda müxtəlif səbəblərdən insanların çoxunda özünə məxsus olmayan avtomobillərin idarə edilməsi ilə bağlı etibarnamələr var", - deyə o qeyd edib.

Onun fikrincə, burada eyni zamanda nəqliyyatın özünə yanaşmada dəyişikliyə ehtiyac var: "Çünki elə avtomobil var ki, qiyməti 1500 manatdır, elə avtomobil var ki, qiyməti 200 min manatdır. Yəni burada avtomobil hansı ilə məxsusdur, dəyəri necədir və s. ilə bağlı fərqləndirmə meyarı yoxdur. Bunun dəyişilməsi daha yaxşı olar. Digər bir məsələ odur ki, vətəndaşa məşğulluq idarələrində 2 münasib iş təklif olunursa, bundan imtina edirsə, vətəndaşın ünvanlı sosial yardım hüququndan istifadəsi məsələsi müvəqqəti dayandırılır. Burada münasib iş anlayışı qanunvericilikdə tam təsbit olmalıdır. Münasib iş deyəndə burada 250 manatlıq iş təklifi də ola bilər".

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a deyib ki, əhalinin gəlirləri ilə bağlı təhlillər aparırıqsa, əhalinin bütün məcburi ödənişlərini, yəni kommunal, kredit ödənişlərini çıxdıqdan sonra əlində qaldığı maliyyə vəsaitini nəzərdə tutmalıyıq: "Vətəndaşın kredit xərcləri, məcburi aylıq ödənişləri nəzərə alınmırsa, onun real gəlirləri barədə fikir söyləmək olmaz. Bu gün əhalinin xərclərinin strukturunda kreditlərin kifayət qədər böyük xüsusi çəkisi var. Bu, mütləq nəzərə alınmalıdır. Ünvanlı sosial yardım və sosial siyasət bütövlükdə həyata keçirilərkən mütləq kreditlər və kredit ödənişləri nəzərə alınmalıdır".

Onun sözlərinə görə, burada diferensial yanaşma ola bilər:

"Məsələn, kreditin hansı istiqamətdə götürülməsi nəzərə alına bilər. Yəni qiymətli əşya dəb üçün əldə edilirsə, ünvanlı sosial yardım baxımından bunun nəzərə alınmasına ehtiyac yoxdur. Amma məsələn, səhiyyə xidmətləri ilə bağlı vətəndaş məcburən kredit götürürsə, ünvanlı sosial yardım baxımından bu, nəzərə alınmalıdır".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ünvanlı yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı da azaldılacaq. Aidiyyəti qurumların elektron informasiya bazalarından əldə edilməsi mümkün olan məlumatların ərizə-bəyannamədə bəyan edilməsi tələb edilməyəcək. Həmçinin ailə üzvünün (üzvlərinin) bu və ya digər sosial təminat növü (pensiya, müavinət, təqaüd və s.) ilə təmin edilməsi ilə bağlı məlumatların da daxil edilməsi istənilməyəcək, həmin məlumatlar müvafiq informasiya bazalarından əldə olunacaq.

Ünvanlı sosial yardım təyin olunan ailənin özünüməşğulluğa cəlb edilməsi üçün mexanizmin yaradılması da yeni qanunvericilik layihələrində yer alıb. Bu, aztəminatlı ailələrə sosial yardım formasında dəstəklə paralel olaraq, kiçik biznesə çıxış və gəlirlərini artırmalarına aktiv formada dövlət dəstəyinin göstərilməsini nəzərdə tutur.

Onu da bildirək ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi artıq hökumətə təqdim edilib.

Xəbər lenti
0