CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki mindən artıq şəxsi baytar köməkçisi kimi çalışdıracaqlar

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidBaytar həkmi. Arxiv şəkli
Baytar həkmi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il 38 min ödənişli ictimai iş yeri yaradılıb. Ödənişli ictimai işlər proqramına cəlb olunanlar əsasən ilkin peşə hazırlığı olmayanlardır.

 

BAKI, 14 fevral — Sputnik. "Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq icra olunan ödənişli ictimai işlər ("İşsizin DOSTu") proqramı işsiz və işaxtaranların məşğulluğu ilə bərabər, onların konkret fəaliyyət sahələri üzrə ilkin peşə bilik və bacarıqlarına yiyələnmələrinə də imkan yaradacaq. Bu məqsədlə proqramın təkmilləşdirilməsi işləri aparılır".

Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər: "Ötən il 38 min ödənişli ictimai iş yeri yaradılıb. Ödənişli ictimai işlər proqramına cəlb olunanlar əsasən ilkin peşə hazırlığı olmayanlardır. Ona görə də bu ildən əsas hədəflərdən biri də budur ki, proqrama cəlb edilənlər işlə təmin edilib əmək haqqı almaqla yanaşı, onlara işlədikləri bu və ya digər sahə üzrə ilkin peşə biliklərinə, bacarıqlara yiyələnmələrinə də şərait yaradılsın.

Bu məqsədlə artıq bir sıra birgə proqramlar da hazırlanıb. Misal üçün, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlülkəsizliyi Agentliyi ilə birgə hazırlanan layihə çərçivəsində ödənişli ictimai işlər proqramı üzrə bu ildən 2500 şəxs proqrama cəlb olunmaqla baytar köməkçisi kimi çalışacaq. Onlar baytar köməkçisi kimi işləyərək əmək haqqı almaqla yanaşı, praktik fəaliyyət müstəvisində baytarlıqla bağlı bir çox bilik və bacarıqlara da yiyələnəcək, bu bacarıqları hesabına da gələcəkdə müstəqil şəkildə öz işlərini qura biləcəklər. Yaxud Mədəniyyət Nazirliyi ilə birgə layihə üzrə 800 şəxs, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə 300 şəxs müvafiq sahələrə yönəldilməklə, həmin sahələr üzrə ilkin peşə bacarıqlarına sahib olmaq imkanı qazanacaqlar".

Qeyd olunub ki, digər qurumlarla da bu yöndə birgə işlər aparılacaq: "Nəticədə ictimai işlər proqramı ilkin peşə hazırlığı olmayan işçi qüvvəsinin müxtəlif peşə sahələri üzrə bilik və bacarıqlara yiyələnmiş işçi qüvvəsinə çevrilməsində də mühüm rol oynayacaq".

Xəbər lenti
0