06:25 28 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
12 0 0

Almaniyada polis "miqrant alveri" ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat təşkil edib. Saxlanılanlardan biri də Ə.Əliyev idi

BAKI, 13 fevral — Sputnik. "Leqat" inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev azadlığa buraxılıb.

Aralıq dənizində miqrantlar
© REUTERS / Hermine Poschmann / Misson-Lifeline / Handout

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Facebook sosial şəbəkəsində onun oğlu Türkel Rüstəmxanlı məlumat yayıb. Ə.Əliyevin qardaşı, deputatlığa namizəd Sabir Rüstəmxanlı da faktı təsdiqləyib.

Xatırladaq ki, ötən il Almaniyada polis "miqrant alveri" ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat təşkil edib. Saxlanılanlardan biri də Ə.Əliyev idi. Məlumat üçün qeyd edək ki,

Ə.Əliyev 2015-ci ildə ailəsi ilə birlikdə Almaniyaya mühacirətə gedib. O, Almaniyanın Düsseldorf şəhərində "Leqat" inteqrasiya mərkəzini təsis edərək bu ölkədə yaşayan miqrant və mühacirlərə hüquqi xidmət göstərib.

Əsas mövzular