CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kitabı təbliğ et, pul qazan - Bakıda növbəti festival

© © Пресс-служба Международного центра мугамаВ Международном центре мугама прошел гала-вечер и церемония награждения VI Фестиваля буктрейлеров Азербайджана
В Международном центре мугама прошел гала-вечер и церемония награждения VI Фестиваля буктрейлеров Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, "Ən yaxşı mobil buktreyler" nominasiyası üzrə 1.000 AZN pul mükafatları gözləyir.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. Beşinci Buktreyler Festivalında iştirak şərtləri açıqlanıb.

Презентация электронных учебников, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Qurğu var, kitab yoxdur – Biz niyə inkişaf etmək istəmirik

Sputnik Azərbaycan xəbər verir ki, Buktreyler Festivalının təsisçisi və direktoru Ruslan Sabirli festivalın iştirak şərtləri haqqında məlumat verib: "Buktreyler Festivalının məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır. Festivalda iştirak etmək istəyən, yaşından asılı olmayaraq hər bir kəs öz sevdiyi azərbaycanlı yazar və ya sadəcə Azərbaycan ədəbiyyatına buktreyler çəkib onu festivalın internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə festivalda iştirak edə bilər. Həmçinin dördüncü Buktreyler Festivalından start verdiyimiz "Ən yaxşı mobil buktreyler" nominasiyası bu il də öz qüvvəsində qalacaq. Yəni, hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkməklə bu nominasiya üzrə festivala müraciət edə bilər."

Festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, "Ən yaxşı mobil buktreyler" nominasiyası üzrə 1.000 AZN pul mükafatları gözləyir.

Rəşad Məcid beynəlxalq kitab yarmarkası barədə: hər dəfə böyük maraq doğurur

Buktreylerlərin son qeydiyyat tarixi: 1 aprel 2020-ci il.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:

Instagram: https://www.instagram.com/BooktrailerFest

Facebook: https://www.facebook.com/BooktrailerFest

Youtube: https://www.youtube.com/BooktrailerFest

Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: festival2020@booktrailer.az

Xəbər lenti
0