04:10 29 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
50 0 0

"İsgəndər Həmidovun baş beynin tomoqrafiyası müayinəsi zamanı işemik prosesin artıq beynin hər iki yarımkürəsini əhatə etməsi müəyyən edildi. Cərrahi əməliyyat və ya onun xaricə aparılması variantları məqsədəuyğun sayılmadı"

BAKI, 13 fevral — Sputnik. İstiqlalçı millət vəkili, sabiq Daxili İşlər nazir İsgəndər Həmidovun vəziyyəti kritik durumdadır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə tanınmış professor Adil Qeybulla məlumat yayıb.

O, bildirib ki, bir neçə gün öncə qardaş Türkiyədən gəlmiş neyrocərrah, professor Kadir Tafta ilə konsultasiya edilib: "İsgəndər Həmidovun baş beynin tomoqrafiyası müayinəsi zamanı işemik prosesin artıq beynin hər iki yarımkürəsini əhatə etməsi müəyyən edildi. Cərrahi əməliyyat və ya onun xaricə aparılması variantları məqsədəuyğun sayılmadı. Aparılan müalicə sxeminə müəyyən korrektələr edildi. Hal-hazırda hemodinamikası inotrop (dərman preparatları hesabına) dəstəkdədir, qeyri-stabildir. Mütəmadi tənəffüs pozuntuları qeyd edilir. Bir sözlə, həkimlər onun həyatı uğrunda çarpışırlar".

Qeyd edək ki, İ. Həmidov 10 gündən çoxdur ki, komadadır.

Əsas mövzular