06:54 28 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
17 0 0

"İşlər yekunlaşdıqdan sonra ərazinin estetik görünüşünə görə orada havalandırma köşkü qoyulacaq" - Bəxtiyar Məmmədov

BAKI, 12 fevral — Sputnik. Bakı metrosunun "28 May" stansiyasının çıxışı - Cəfər Cabbarlının heykəlinin ətrafı hasara alınıb. Ərazidə təmir işləri aparılır. Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, ərazidə görülən işlər metropoliten əməkdaşları tərəfindən aparılır: "Ərazinin hasara alınmasında məqsəd tunellərdə havalandırmanın daha da yaxşılaşdırılmasıdır. Ərazidə işlərin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq icazə alınıb".

"İşlər yekunlaşdıqdan sonra ərazinin estetik görünüşünə görə orada havalandırma köşkü qoyulacaq", - deyə B.Məmmədov əlavə edib.

Əlaqədar

Bakı metrosunda nə baş verir - Sərnişinlər narahatdır
Bakı Metropoliteni məhkəmədə uddu - 500 manat təzminat ödəyəcəklər
Bakı metropolitenində koronavirusla bağlı tapşırıq verildi
Tuneldə yatan, qatarı geriyə sürən maşinist, dövrünün bərk gedən "lixaç"ları - REPORTAJ
Daha bir yarımstansiya yenidən quruldu

Əsas mövzular