CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birinci sinfə qəbul qaydası niyə dəyişib - SƏBƏB

© Photo : Baku city Education DepartmentВ одной из бакинских школ, фото из архива
В одной из бакинских школ, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Bu addımın atılması şagird sıxlığını aradan qaldıracaq, şagirdlərin I sinfə qəbulu zamanı ədalətli qəbul həyata keçəcək.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. Bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək.

Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, əvvəl Doğum haqqında şəhadətnamə ilə də qəbul mümkün idi.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nömrələri (FİN) əsasında həyata keçirilməlidir.

Polad Bülbüloğlu - Sputnik Azərbaycan
Polad Bülbüloğlu: "Heydər Əliyevlə işləmək mənim üçün çox böyük məktəb oldu"

"İlk növbədə qeyd edim ki, I sinfə elektron sənəd qəbulunun tətbiqi "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə tətbiq edilir. I sinfə şagird qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə xidmət edir", - ekspert deyib.

Onun sözlərinə görə, I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir: "Təəssüflər olsun ki, əvvəlki illərdəki təcrübə göstərir ki, valideynlər övladları dünyaya gəldikdən sonra ona yalnız Doğum haqqında şəhadətnamə alırlar. Baxmayaraq ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin hətta 1 yaşından etibarən alınması mümkündr, valideynlər səhlənkarlıq edib sənədləşmə prosesində iştirak etmirlər. Sonradan bu sənəd lazım olduqda problem yaşanır".

Onun sözlərinə görə, ötən illərdə Azərbaycan vətəndaşı olan uşaqların məktəbəhazırlıq qruplarına və I sinfə elektron sənəd qəbulu şəxsiyyət vəsiqəsi ilə yanaşı, Doğum haqqında şəhadətnamə ilə də aparılıb. Yeniliyə əsasən isə qəbul prosesində ancaq şəxsiyyət vəsiqəsi ilə iştirak etmək mümkün olacaq.

"Bu olduqca müsbət bir addımdır. Belə ki, valideyn (qanuni nümayəndə) elektron sistemdə seçdiyi məktəbə sorğu yerləşdirmə zamanı məktəbin mikroərazisi ilə bağlı problem yaşayırdı. Yəni valideynin özü rayon qeydiyyatında olurdu, sistem onu qəbul etmirdi. Amma indi qeydiyyat prosesi uşağın şəxsiyyət vəsiqəsi ilə olacaq ki, bu da mikroərazi problemini həll edəcək. Yeni sistem rayon qeydiyyatında olan şəxslərdə müəyyən problem yarada bilər ki, onlar da yaşayış yerindən arayış təqdim etməklə bu problemi həll edə bilərlər. Bu addımın atılması şagird sıxlığını aradan qaldıracaq, şagirdlərin I sinfə qəbulu zamanı ədalətli qəbul həyata keçəcək", - ekspert vurğulayıb.

Xəbər lenti
0