CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Soyuq havada qalan kimsəsizlər haraya sığınsınlar?

© AP Photo / Natacha PisarenkoМужчина спит на скамейке, фото из архива
Мужчина спит на скамейке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kimsəsiz şəxslərin sığınacağa yerləşdirilməsi ilə bağlı hər kəs məlumat verə bilər. Belə halda həmin şəxs dərhal sığınacağa yerləşdirilir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 fevral — Sputnik. Bakıda ölüm hadisəsi baş verib. Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon ərazisindəki küçələrdən birində təxminən 30-40 yaşlarında naməlum kişi meyiti tapılıb. Onun gecə küçədə soyuqdan öldüyü bildirilir.

Sputnik Azərbaycan-ın soyuq havalarda kimsəsiz insanların sığınacağa yerləşdirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı sorğuya nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov cavab verib. O bildirib ki, hava şəraitinin kəskin soyuması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığınacaqları gücləndirilmiş iş rejimində işləyir.

"Sığınacağa ehtiyacı olanların Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və ya Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulub.

Sosial sığınacağa ehtiyacı yaranan şəxslər özləri, yaxud onlar barədə digər şəxslər bu barədə 077 641 51 81 nömrəsinə və ya Nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər. Sığınacaqlara yerləşdirilən şəxslər burada yataqla, yemək və lazım gəldikdə ilkin tibbi yardımla təmin olunurlar.

Hər iki sığınacağa bu günədək 360-dan çox şəxs qəbul edilib. Onlardan 230-u 18 yaşdan yuxarı şəxslər, qalanları yetkinlik yaşına çatmayanlar olub. Hazırda iki müəssisədə 59 nəfər, o cümlədən 18 yaşdan yuxarı 47, yetkinlik yaşına çatmayan 12 nəfər stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar".

Onun sözlərinə görə, kimsəsiz şəxslərin sığınacağa yerləşdirilməsi ilə bağlı hər kəs məlumat verə bilər. Belə halda həmin şəxs dərhal sığınacağa yerləşdirilir. Məlumat üçün onu da qeyd edək ki, əvvəllər kimsəsiz şəxslər soyuq havalarda quraşdırılmış çadırlara yerləşdirilirdi. Artıq bu tip çadırlar ləğv edilib, onların funksiyasını sığınacaqlar həyata keçirir.

Xəbər lenti
0