CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qara görə bu prospektdə sürət həddi endirildi

© Sputnik / Murad OrujovПервый мокрый снег в Баку
Первый мокрый снег в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Qar yağması ilə əlaqədar yalnız gecə saatlarında Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 60 km/saatadək endirilib. Lakin səhər saatlarında yenidən sürətlər bərpa olunub

BAKI, 11 fevral — Sputnik. Gecə saatlarından paytaxta yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda yollarda buz bağlama halı müşahidə olunmayıb. Körpülərin üzərində və tunellərdə normal hərəkət müşahidə olunur. Qar yağması ilə əlaqədar yalnız gecə saatlarında Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 60 km/saatadək endirilib. Lakin səhər saatlarında yenidən sürətlər bərpa olunub. Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb.

NİİM bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edir. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edir.

Xəbər lenti
0