CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərdə hazırda dəhşət yaşanır, sabah da təkrarlana bilər

© AFP 2023 / FRED TANNEAUОгромные волны разбиваются о берег морского причала в порту Лескониль на западе Франции, 3 февраля 2017 года
Огромные волны разбиваются о берег морского причала в порту Лескониль на западе Франции, 3 февраля 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Şimal-qərb küləyinin gücü arabir Maştağada 38 m/s-ə çatır. Dənizdə dalğanın hündürlüyü isə 6,5 metrə çatıb. Sabah küləyin və qarın səngiyəcəyi gözlənilir

BAKI, 9 fevral — Sputnik. Fevralın 9-u saat 19:00-a olan məlumatına əsasən, ölkə ərazisində qarlı, güclü küləkli hava şəraiti davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında: Zabrat, Maştağa, Binədə az qar yağır.

Əmələ gələn qar örtüyünün hündürlüyü: Aran rayonlarında 2-17 sm, dağətəyi rayonlarda 5-29 sm, dağlıq ərazilərdə 15-43 sm olub.

Külək: Şimal-qərb küləyi arabir Maştağada 38 m/s, Pirallahıda 35 m/s, Sumqayıtda 34 m/s, Bakıda 31 m/s, Qum adasında 30 m/s, Ələtdə 28 m/s, Çilov adasında 27 m/s, Binədə 22 m/s, Zabratda 21 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə küləyin sürəti 28 m/s, dalğanın hündürlüyü isə 6.5 metrə çatıb.

Yolda vəziyyət - Sputnik Azərbaycan
CƏMİYYƏT
Güclü qar dağ kəndini "blokada"ya saldı: buraya rahat ancaq canavarlar gəlir - FOTO

Neftçala, Naftalanda 34 m/s, Tərtər, Daşkəsəndə 26 m/s, Bərdədə 25 m/s, Gəncədə 24 m/s, Salyan, Ceyrançöldə 23 m/s, Tovuzda 22 m/s, Ağstafa, Şahdağ, Mingəçevir, Nabranda 20 m/s, Şəmkir, Astarada 19 m/s, Qrız, Xaçmaz, Culfada 18 m/s, Yardımlı, Ağdam, Qazıməmməd, Şabranda 16 m/s, Yevlax, Şəkidə 15 m/s.

Qarlı hava şəraiti fevralın 9-u axşam davam edəcək, 10-da proses tədricən səngiyəcək. Şimal-qərb küləyi bu axşam 15-20 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək. Fevralın 10-da küləyin sürəti axşama doğru 15-18 m/s, arabir 20-23 m/s olacaq.

Havanın temperaturu 0-3° şaxta, gündüz 1-3° isti olacaq. Şəhərətrafı yolların buz bağlama ehtimalı var. Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir.

Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyinin sürəti 10-15 m/s, arabir 18-23 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 3-8° şaxta olacaq.

Xəbər lenti
0