CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güclü qar dağ kəndini "blokada"ya saldı: buraya rahat ancaq canavarlar gəlir - FOTO

© Sputnik / Leyla AbdullayevaYolda vəziyyət
Yolda vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
"Canavarlar yem tapa bilmədiklərindən dağlardan kəndə eniblər. Bu da kəndimiz üçün böyük təhlükədir. İnanın, heç uşaqlarımızı da həyətə qoymuruq"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. Şimal bölgəsində son günlər müşahidə olanan qarlı-şaxtalı havalar həm yolların bağlanmasına səbəb olub, həm də insanların həyatı üçün təhlükələr yaradıb.

Sputnik Azərbaycan bildirir ki, Qubanın Xınalıq, Qrız, Dəliqaya və bir neçə dağ kəndlərində yağan qarın hündürlüyü 50-55 sm-ə çatır. Xınalıq kənd sakini Niyaməddin Şabanovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, kənddə yağan qar nəticəsində yollar bağlanıb: "Dünən gecədən sanki kəndimiz blokadadadır. Səhər atam itlərin hürüşməsindən narahat olub . Qapını açıb həyətə düşmək istədikdə isə 5-6 canavarın həyətimizdə - qapımızın ağzında gəzişdiyini görüb. Qonşuların köməkliyi ilə qurdları qova bildik. Canavarlar yem tapa bilmədiklərindən dağlardan kəndə eniblər. Bu da kəndimiz üçün böyük təhlükədir. İnanın, heç uşaqlarımızı da həyətə qoymuruq ki, qəfil canavarlar hücum edə bilərlər. Bundan başqa, yollar da bağlanıb, rayonla əlaqə kəsilib. Hələ də qarın yağması davam edir".

© Sputnik / Leyla AbdullayevaQarın hündürlüyü 50-55 sm-ə çatır
Güclü qar dağ kəndini blokadaya saldı: buraya rahat ancaq canavarlar gəlir - FOTO - Sputnik Azərbaycan
Qarın hündürlüyü 50-55 sm-ə çatır

Yolların bağlanması ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 5 saylı yol-istismar idarəsinin rəisi Gülağa Əliyevlə əlaqə saxladıq. Ondan aldığımız məlumata görə, bir çox yollarda təmizlənmə işləri aparılır.

© Sputnik / Leyla Abdullayeva
Yolda vəziyyət - Sputnik Azərbaycan
1/3
© Sputnik / Leyla Abdullayeva
Yolda vəziyyət - Sputnik Azərbaycan
2/3
© Sputnik / Leyla Abdullayeva
Yolda vəziyyət - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

"İşçilərimiz dayanmadan yolların təmizlənməsini təmin edirlər. Həm də təmizlənən yollara qum səpilir. Quba-Xınalıq yolunda isə vəziyyət çətindir. Çünki külək, çovğun yolların təmizlənməsinə maneçilik yaradır. Yollarda qarın bir hissəsini təmizləməyə çalışsaq da, külək qarı təmizlənmiş hissəyə doğru aparır və bunun nəticəsində yol izini tapmaq mümkün olmur. Bu da işçilər üçün həyati təhlükə yaradır. Çünki onlar qar uçqununa düşə bilərlər. Amma külək dayanan zaman var gücümüzlə Xınalıq yolunun təmizlənməsi işlərinə davam edəcəyik", - deyə G.Əliyev bildirdi.

Xəbər lenti
0