CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taksi tariflərinin müəyyənləşəcəyi vaxt açıqlandı

© Baku Transport AgencyЕще на 12 улицах Баку созданы стоянки такси
Еще на 12 улицах Баку созданы стоянки такси - Sputnik Azərbaycan
Abunə olmaq
Tariflər müəyyən olunduğu zaman taksi sürücülərinin müxtəlif qiymət tətbiqi problemi aradan qalxacaq

BAKI, 4 fevral — Sputnik. "Taksi fəaliyyəti sahibkarlığa açıq olmalıdır və bu fəaliyyətin sahibkarlığa açıq olması üçün requlyativ tənzimləmələr həyata keçirməliyik. Birinci məsələ taksi fəaliyyəti üzrə tariflərin olması ilə bağlıdır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "AvtoFM" radiosunda yayımlanan verilişə qonaq olarkən Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. O bildirib ki, bütün dünyada taksilərin gecə və gündüz tarifləri var: "Bu tariflər sayəsində iqtisadi cəhətdən bunun platforması hazırlanmış olur və taksimetrlər də qoyula bilir. Həmçinin, taksimetrlərdə tətbiqetmələr var ki, bununla onlara nəzarət oluna bilər".

V.Kərimlinin sözlərinə görə, taksi fəaliyyətində cəzalandırma və inzibati tənbehetmə mexanizmləri qurulmalıdır: "Bu il bizim müxtəlif dövlət qurumlarının rəhbərlikləri ilə görüşlərimiz olub. Düşünürük ki, bu ilin ilk 6 ayından sonra bu məsələlər hüquqi cəhətdən həll olunacaq. Artıq bizim tərəfimizdən Taksi Yol Xəritəsi yekunlaşır. Bunun dövlət büdcəsinə gəlirləri də hesablanıb. Həmçinin Bakı şəhərinə tələb olunan taksi sayı müyyən olunub. Bakıda təxmini olaraq 25 mindən çox qeyri-qanuni fəaliyyət göstərən taksi var. Bizim hesablamalarımıza görə, paytaxt üçün 8500 ədəd taksi fəaliyyəti lazımdır. Taksi fəaliyyətini də beynəlxalq standartlarda hesabladığımız zaman gündə 16 saatdan bu, təxmini 2,5 əmsal işləməkdir. Biz 8500-ü taksi əmsalına vurduqda 25 minə yaxın bir rəqəm olur. Bu da həmin sayda rəsmi iş yerinin açılması deməkdir. Buna görə də taksi fəaliyyəti sahibkarlığa istiqamətlənməli, müəyyən çərçivəyə salınmalı və təhlükəsizliyi tam təmin olunmalıdır. Tariflər müəyyən olunduğu zaman taksi sürücülərinin müxtəlif qiymət tətbiqi problemi aradan qalxacaq". BNA sədri əlavə edib ki, ilin ilk rübü iqtisadi baxımdan əsaslandırılmış tariflər hesablanacaq və aidiyyəti qurumlara göndəriləcək: "Bununla bağlı işlər yəqin ki, ilk 6 ay ərzində tamamlanacaq".

Xəbər lenti
0