CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Novruz bayramında qeyri-iş günlərinin sayı açıqlandı

© Sputnik / Murad OrujovКалендарь на Март 2019 года
Календарь на Март 2019 года - Sputnik Azərbaycan
Abunə olmaq
Eyni zamanda 8 Mart - Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, martın 9-u qeyri-iş günü olacaq

BAKI, 3 fevral — Sputnik. Bu il Novruz bayramında bir həftə iş olmayacaq.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli qərarına əsasən, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır.

Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür.

Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq.

Eyni zamanda 8 Mart - Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, martın 9-u qeyri-iş günü olacaq.

Xəbər lenti
0