CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avropada yox, Azərbaycanda yaşayacaq - Könüllü qayıdan şəxslərə avtomobil verilib

Abunə olmaq
Layihə çərçivəsində könüllü qayıdan şəxslər BMqT-nin dəstəyi ilə gəlir gətirən fəaliyyət növü kimi taksi xidmətinin göstərilməsi məqsədi ilə müvafiq avtomobilləri satın alıblar.

BAKI, 29 yanvar — Sputnik. Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Niderlanddan könüllü olaraq Azərbaycana qayıdan şəxslərə gəlir gətirən fəaliyyət sahəsinin qurulmasına dəstək verib.

© IOM AzerbaijanAvropadan Azərbaycana könüllü qayıdan şəxslərə avtomobil verilib
Avropada yox, Azərbaycanda yaşayacaq - Könüllü qayıdan şəxslərə avtomobil verilib - Sputnik Azərbaycan
Avropadan Azərbaycana könüllü qayıdan şəxslərə avtomobil verilib

Qurumun Azərbaycandakı nümayəndəliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində Niderlanddan könüllü mənşə ölkəsinə qayıdan şəxslər reinteqrasiya yardımı ilə təmin edilib.

Layihə çərçivəsində könüllü qayıdan şəxslər BMqT-nin dəstəyi ilə gəlir gətirən fəaliyyət növü kimi taksi xidmətinin göstərilməsi məqsədi ilə müvafiq avtomobilləri satın alıblar.

© IOM AzerbaijanAvropadan Azərbaycana könüllü qayıdan şəxslərə avtomobil verilib
Avropada yox, Azərbaycanda yaşayacaq - Könüllü qayıdan şəxslərə avtomobil verilib - Sputnik Azərbaycan
Avropadan Azərbaycana könüllü qayıdan şəxslərə avtomobil verilib

BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Niderland, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. Ayrılmış reinteqrasiya yardımı kiçik biznesin qurulması, mövcud biznesə sərmayə qoyulması, təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı üçün istifadə edilə bilər.

Xəbər lenti
0