CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni açılacaq "ASAN xidmət" mərkəzlərinin sayı bilindi

Abunə olmaq
Yeni İNNOLAND mərkəzinin açılması, Silikon vadisində Azərbaycan İnnovasiya evinin və beynəlxalq Startapfest tədbirinin keçirilməsi gözlənilir.

BAKI, 28 yanvar — Sputnik. Bu il 6 "ASAN xidmət" və bir "ASAN Kommunal" mərkəzinin açılması gözlənilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Agentlik sədri deyib ki, Bakıda iki "ASAN xidmət" və bir "ASAN Kommunal", eyni zamanda Tovuz, Balakən, Kürdəmir, Ağcəbədi rayonlarında "ASAN xidmət" mərkəzlərinin açılması nəzərdə tutulub.

Ü.Mehdiyev onu da əlavə edib ki, Qubada "ABAD" qablaşdırma fabriki açılacaq: "Yeni İNNOLAND mərkəzinin açılması, Silikon vadisində Azərbaycan İnnovasiya evinin və beynəlxalq Startapfest tədbirinin keçirilməsi gözlənilir".

Xəbər lenti
0