CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtdakı köhnə binalarla bağlı böyük təhlükə var

© Sputnik / Anar MustafayevЖилые дома в Хатаинском районе Баку, фото из архива
Жилые дома в Хатаинском районе Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı kimi mürəkkəb geoloji şəraitə və tektonik şəraiti olan ərazidə binaların tikintisi zamanı zəlzələyə davamlılıq öyrənilməlidir. Hətta Bakıda elə binalar var ki, bir qanadı 8 bal, digər qanadı 9 baldır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 yanvar — Sputnik. Elazığda baş verən zəlzələ hadisəsi köhnə binaların zəlzələyə davamlığını yenidən gündəmə gətirib. Qardaş Türkiyənin Elazığ vilayətində baş verən hadisədə əsasən köhnə binaların uçması Bakıda da köhnə tikililərin seysmik davamlığı problemini aktuallaşdırıb. Qeyd edək ki, son illər paytaxtda köhnə tikililərin sökülməsi işləri sürətləndirilib. "Xruşovka"ların, "Sovetski" ərazisindəki köhnə tikililərin sökülməsi də buna nümunədir.

Amma Bakıda qədimdə tikilmiş yaşayış binalarının, gecəqonduların sayı çoxdur. Azərbaycanda da seysmik aktivliyin yüksək olduğunu nəzərə alsaq, köhnə tikililər zəlzələ zamanı əsl təhlükə mənbəyidir.

Qeyd edək ki, Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, ötən il ərzində Azərbaycan və onunla sərhəd zonalarda 3840 yeraltı təkan qeydə alınıb. Həmin zəlzələlərin 17-si hiss edilib.

Вид на город Анкара - Sputnik Azərbaycan
Zəlzələ dalğası Ankaraya çatdı: Türkiyə paytaxtında dalbadal titrəyişlər

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda köhnə tikililərin zəlzələyə davamlılığı yoxlanılmayıb. Q.Yetirmişli onlara bununla bağlı onlara heç bir qurumdan müraciət daxil olmadığını söyləyir. Onun sözlərinə görə, köhnə binaların zəlzələyə davamlığı öyrənilməlidir: "Bakı kimi mürəkkəb geoloji şəraitə və tektonik şəraiti olan ərazidə binaların tikintisi zamanı zəlzələyə davamlılıq öyrənilməlidir. Hətta Bakıda elə binalar var ki, bir qanadı 8 bal, digər qanadı 9 baldır. Ona görə də binanı tikərkən bu məsələyə diqqət yetirmək vacibdir".

Q.Yetirmişli bildirir ki, Bakıdakı köhnə binaların zəlzələyə davamlılığını artırmaq üçün mühəndis-texnoloji tədbirlər görmək lazımdır: "Həmin binalarda dayanıqlığı artırmaq üçün binanın özünün korpusunda bərkitmə işləri aparılmalıdır. Elə binalar var ki, onlar tarixi binalardır, sökmək olmaz. Ona görə də onları ən azı qorumaq üçün bərkitmə işləri aparılmalıdır".

Direktor deyir ki, Bakıda zəlzələ üçün ən təhlükəli yaşayış evləri gecəqondulardır: "Onları sökmək lazımdır ki, zəlzələ zamanı ciddi insan tələfatı yaşanmasın".

Mərkəz rəhbəri hazırda yeni binaların inşası zamanı da seysmikliyin yoxlanılması üçün onlara müraciət edilmədiyini söyləyir.

Qeyd edək ki, ötən ilin hiss edilən ən güclü təkanı martın 25-də episentrində 4-5 bal gücündə olmaqla, Füzulidə baş verib. Təkanlar daha çox 3-3,5 bal gücündə qeydə alınıb. Digər hiss edilən təkanlar fevralın 28-də episentrində 4 bal gücündə olmaqla Qəbələ rayonundan bir neçə km aralıda, mayın 30-da episentrində 4 bal gücündə olmaqla, Zaqataladan kənarda, avqustda Şəmkir rayonunda qeydə alınıb. Xidmət direktorunun sözlərinə görə, ümumilikdə ölkə ərazisində yüksək seysmiklik baxımından Şamaxı-İsmayıllı bölgəsi zəif təkanlar hesabına aktivdir.

Xəbər lenti
0