CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəsimi rayonunda ev oğruları saxlanılıb

CC BY-SA 2.0 / Bill Burris / Three Wise MenКвартирный вор, фото из архива
Квартирный вор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102" Zəng Mərkəzinə məlumat verə bilərlər.

BAKI, 28 yanvar — Sputnik. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən paytaxt ərazisində mənzil oğurluğu ilə məşğul olan iki nəfər saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Tofiq Cəfərov və Sabirabad rayon sakini Peyman Quliyev tutulublar. Araşdırma zamanı hər iki şəxsin paytaxt ərazisində bir neçə mənzildən pul və qızıl-zinət əşyaları oğurladıqları məlum olub. Onların paytaxt ərazisində kirayə yaşadıqları mənzillərə baxış zamanı evlərdən oğurladıqları əşyaların bir qismi aşkar olunaraq maddi sübüt kimi götürülüb.

© AR Ministry of Internal AffairsSaxlanılan şəxslər Tofiq Cəfərov (sağda) və Peyman Quliyev (solda)
Nəsimi rayonunda ev oğruları saxlanılıb - Sputnik Azərbaycan
Saxlanılan şəxslər Tofiq Cəfərov (sağda) və Peyman Quliyev (solda)

Faktla bağlı saxlanılan şəxs barəsində 21-ci Polis Bölməsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. T.Cəfərov və P.Quliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102" Zəng Mərkəzinə məlumat verə bilərlər.

Xəbər lenti
0