21:34 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
43 0 0

Həftə ərzində “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası istismarına icazə verilmiş çoxmərtəbəli binalar üzrə 1032 mənzili əhatə edəcək

BAKI, 27 yanvar — Sputnik. Mənzillərin səyyar dövlət qeydiyyatına alınması 27-31 yanvar tarixlərində Bakının Nizami və Xətai rayonlarında təşkil ediləcək.

Bu barədə Sputnik Azərbaycan-a İqtisadiyyat Nazirliyindən məlumat verilib. Məlumata görə, həftə ərzində “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası istismarına icazə verilmiş çoxmərtəbəli binalar üzrə 1032 mənzili əhatə edəcək.

Nizami rayonunda səyyar qeydiyyat yanvarın 27-də B.Nuriyev küçəsi, 2383-2387-ci məhəllə, yanvarın 28-də  E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında keçiriləcək. Xətai rayonu üzrə mənzillərin mobil qeydiyyatı yanvarın 29-da “Ağ Şəhər”, 1-ci Yaşıl Ada küçəsi, 7, yanvarın 30-da General Şıxlinski küçəsi, 42a, yanvarın 31-də isə Ə.Quliyev küçəsi, 1131-ci məhəllə ünvanlarında aparılacaq.

Xidmətdən istifadə üçün mənzil sahibləri mobil qeydiyyat ofisinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədləri təqdim etməlidirlər.

Teqlər:
qeydiyyat, kupça, mənzil

Əsas mövzular