CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

SOCAR dənizdə işləyən neftçilər barədə xəbər yaydı

© pixabay / Roberto BarresiGüclü külək, sahilə çırpılan dalğalar
Güclü külək, sahilə çırpılan dalğalar - Sputnik Azərbaycan
Abunə olmaq
"Hazırda ümumi risklərin daha aşağı olması, dənizdə açıq səthlərdə işləməli olan işçilər nisbətən az olduğuna görə işçilərin təxliyyəsi keçirilmir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. "Hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. İşçilər açıq havada işləmirlər. Növbəlilik sistemi tətbiq olunub".

Горный хребет Большого Кавказа - Sputnik Azərbaycan
CƏMİYYƏT
İstirahət günlərində dincəlmək istəyənlər mütləq oxusunlar

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. O deyib ki, əlavə təhlükəsizlik tədbirləri proqnoz edilən küləyin sürətindən, şiddətinin dərəcəsindən və həm də mövcud risklərin dəyərləndirilməsindən asılıdır: "Qarşıdakı günlərdə küləyin sürəti dənizdə arabir 25-30 m/s-dək çatması proqnozlaşdırılır. Hazırda həm də bir çox istehsalat meydançalarının əsaslı təmirindən sonra ümumi risklərin daha aşağı olması, dənizdə açıq səthlərdə işləməli olan işçilər nisbətən az olduğuna görə işçilərin təxliyyəsi keçirilmir. Amma ümumi təhlükəsizlik rejimi havanın müvəqqəti kəskinləşməsinə uyğun olaraq maksimum dərəcədə gücləndirilib".

İ.Əhmədov deyir ki, küləyin sürəti 35 m/s - 45 m/s arasında qalxdıqda işçilərin təxliyyəsi üçün zərurət yarana bilər. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xəbər lenti
0