CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həcc ziyarətinin qiyməti yenə qalxdı

© AP Photo / Amr NabilПаломники во время молитвы вокруг Каабы, фото из архива
Паломники во время молитвы вокруг Каабы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün zəvvarlar 4150 dollar ödəyib. Ötənilki kvota isə 1440 nəfər olub

BAKI, 24 yanvar — Sputnik. Bu il Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək zəvvarların kvotası müəyyənləşib.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Sputnik Azərbaycan-a verilən məlumata görə, bu il ölkədən Həcc ziyarətinə 1500 nəfərlik kovata ayrılıb.

Ziyarətin qiyməti isə bir nəfər üçün 4490 dollar müəyyən edilib.

Bu gündən Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu başlayıb. Sənədlərin qəbulu Ramazan ayının (may ayının sonu) sonuna kimi davam edəcək.

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün zəvvarlar 4150 dollar ödəyib. Ötənilki kvota isə 1440 nəfər olub.

Xatırladaq ki, Azərbaycanda Həcc ziyarətini QMİ təşkil edir.

Xəbər lenti
0