04:31 02 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
90 0 0

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, habelə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı şəxslərin FİN-lə təmin edilməsi üzrə aparılan əməliyyatların və verilən sənədlərin sayı təxminən yarım milyona yaxın olub

BAKI, 24 yanvar — Sputnik. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda hesabat dövründə sosial yönümlü tədbirlər sırasında həmçinin ailə institutunun qorunub saxlanılması və nikahların pozulmasına qarşı qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində qeydiyyat şöbələrində təşkil edilmiş psixoloq xidmətlərinin əhəmiyyəti haqda bildirilib. Qeyd olunub ki, bu xidmətdən yararlanan şəxslərin 36%-i nikahın pozulması fikrindən daşınıb.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, habelə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı şəxslərin FİN-lə təmin edilməsi üzrə aparılan əməliyyatların və verilən sənədlərin sayı təxminən yarım milyona yaxın olub.

Bununla yanaşı, nazirliyin rəhbərliyinin tapşırığına uyğun olaraq "Dayanıqlı İnkişaf Məqsədləri"ndə öz əksini tapmış doğumun qeydiyyatının tam təmin edilməsi hədəfinə nail olunması üçün 3 min yarıma qədər doğum səyyar qaydada bilavasitə doğum evlərində aparılıb, habelə uzaq bölgələrdə yaşayan uşaqların doğumunun qeydiyyatına köməklik göstərilib.

Əlaqədar

Üç manat pul, bir kəllə qənd... - qadınlarımızı daha çox bəyəniblər
Azərbaycanda nazirliyin səlahiyyətləri əlindən alındı - FƏRMAN
Sizi ər və arvad elan edirəm! 2019-cu ilin ən səs-küylü toyları
Ya ikiqat pulunu ver, ya da ölkədən çıxma - aliment ödəməyənlərin işi çətinləşir

Əsas mövzular