CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya qar yağacaq

© Sputnik / Murad OrujovBakıda qar
Bakıda qar - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 1-4 dərəcə isti, axşam 0 dərəcəyə yaxın olacaq

BAKI, 23 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 24-də bəzi yerlərdə havanın yağıntılı olacağı, axşam sulu qara keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan Sputnik Azərbaycan-a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək.

Снегопад в пакистанском городе Кветта, фото из архива - Sputnik Azərbaycan
Biz qar arzulayırıq, onlarda isə bu təbiət hadisəsi 10-dan çox adamı öldürüb

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 1-4 dərəcə isti, axşam 0 dərəcəyə yaxın olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 0-4 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 24-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi, yağıntılı hava şəraiti və temperaturun kəskin enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 

Xəbər lenti
0