CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir marşrut xəttinə yeni avtobuslar verildi

© Sputnik / Elvin AhmadАвтобусы в Баку, фото из архива
Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
199 saylı marşrut xəttinin 20 ədəd avtobusu 12 metrlik "İsizu Citiport" markalı yeni avtobuslarla əvəzlənib

BAKI, 23 yanvar — Sputnik. 199 saylı marşrut xəttinə 12 metrlik yeni avtobuslar fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

O, bu gündən etibarən tam komfortlu 12 metrlik avtobusların 199 saylı xətt üzrə hərəkətə başladığını bildirib. Qeyd edək ki, marşrut xəttinin 20 ədəd avtobusu 12 metrlik "İsizu Citiport" markalı yeni avtobuslarla əvəzlənib. Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcəklər. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir. Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədilə avtobus parkının yenilənməsi istiqamətində işlər aparılır.

Xəbər lenti
0