CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bilet satışında yenilik

© Sputnik / Irade JELILDəmiryol vağzalında bilet satışı
Dəmiryol vağzalında bilet satışı - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni qaydaya əsasən, sərnişinlər biletləri qatarların yola düşməsinə 10 gün deyil, 30 (otuz) gün qalmış əldə edə biləcəklər

BAKI, 23 yanvar — Sputnik. Ölkə daxilində hərəkət edən qatarlara bilet satışı qaydalarına dəyişiklik edilib.

Sputnik Azərbaycan "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsindən verilən məlumata istinadla xəbər verir ki, yeni qaydaya əsasən, sərnişinlər biletləri qatarların yola düşməsinə 10 gün deyil, 30 (otuz) gün qalmış əldə edə biləcəklər. Dəyişiklik bilet satışının təkmilləşdirilməsi və sərnişinlərin biletləri daha rahat və tez almasına xidmət edir.

Bilet satışında yeni qayda yanvarın 23-dən tətbiq olunacaq.

Xəbər lenti
0