CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi küçə və prospektlərdə dəyişikliklər edilib

© Sputnik / Irade JELILДвижение транспорта на одной из центральных улиц Баку, фото из архива
Движение транспорта на одной из центральных улиц Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşların da müraciətləri nəzərə alınmaqla daha 4 ərazi üzrə araşdırmalar aparılıb və müvafiq dəyişikliklər icra edilib

BAKI, 23 yanvar — Sputnik. Bakıda yollarda bir sıra dəyişikliklər olub. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bakı yollarında sarı zolaq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakının bəzi küçə və prospektlərində sarı zolağa girişə icazə veriləcək - Açıqlama

Xəbərdə bildirilir ki, BNA tərəfindən mütəmadi olaraq nəqliyyat axınının idarə olunması, sıxlıqların aradan qaldırılması məqsədilə svetoforların vaxt planlarının təhlili və nəqliyyat axınına uyğun olaraq dəyişdirilməsi işləri həyata keçirilir. Bu çərçivədə, vətəndaşların da müraciətləri nəzərə alınmaqla daha 4 ərazi üzrə araşdırmalar aparılıb və müvafiq dəyişikliklər icra edilib: "Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb. Süleyman Sani Axundov küçəsinin Şövkət Məmmədova küçələrinin kəsişməsində əlavə daimi sağa dönmə bölməsi quraşdırılıb. Həsən bəy Zərdabi küçəsinin İsmayıl Talıblı küçəsi ilə kəsişməsində svetoforun vaxt planına dəyişiklik edilib. İlqar Əhlimanov və Elman Qasımov küçələrinin kəsişmələrində əlavə sağ dönmə bölməsi çıxarılıb. İlkin müşahidələrə əsasən, edilən dəyişikliklər qeyd edilən yol kəsişmələrində nəqliyyat şəraitinin yaxşılaşmasına səbəb olub, nəqliyyat növbəsinin uzunluğu 50-80%-ə qədər azalıb".

Xəbər lenti
0