23:57 20 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
23 0 0

Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcəklər. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb

BAKI, 22 yanvar — Sputnik. 199 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya 12 metrlik "İsuzu Citiport" markalı avtobuslar cəlb ediləcək. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, BNA-nın tələbinə əsasən, “Xaliq Faiqoğlu” şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 20 ədədini 12 metrlik "İsuzu Citiport" markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Sərnişindaşıma tələblərinə cavab verən avtobuslar sərnişinlərin istismarına 23.01.2020-ci il tarixindən veriləcək.

© Baku Transport Agency.
199 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya cəlb olunan 12 metrlik "İsuzu Citiport" markalı avtobusları

Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcəklər. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir.

© Baku Transport Agency.
199 nömrəli marşrut xətti üzrə hazırda fəaliyyət göstərən avtobuslar

Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.

Əlaqədar

Bakıda 29 marşrut üzrə 598 avtobus kart sisteminə keçib
Yeni Yasamalda yeni yol bağlantısı yaradılır
Bakıya yeni avtobuslar gətiriləcək, rayonlarda da dəyişiklik olacaq
Paytaxtda daha bir avtobus kart sisteminə keçir

Əsas mövzular