05:24 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
25 0 0

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Təbriz-Culfa və əks istiqamətdə turistlər üçün nəzərdə tutulan turist qatarı istismara verilib

BAKI, 22 yanvar — Sputnik. Bu gün bəzi elektron KİV-lərdə İranın Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarının fəaliyyətə başlaması barədə informasiya yayılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibiliyindən Sputnik Azərbaycan-a bildirilib ki, yazıda qeyd olunanlar həqiqəti əks etdirmir.

"İran Dəmir Yolları İdarəsindən yerli mətbuata verilən məlumatda da qeyd olunur ki, İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Təbriz-Culfa və əks istiqamətdə turistlər üçün nəzərdə tutulan turist qatarı istismara verilib. Təbriz-Culfa gündəlik turist qatarı İran daxilində fəaliyyət göstərəcək. İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Təbriz-Culfa və əks istiqamətdə turistlər üçün nəzərdə tutulan turist qatarı istismara verilib".

Əsas mövzular