CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 29 marşrut üzrə 598 avtobus kart sisteminə keçib

© Baku Transport AgencyПлатежный терминал в автобусе, фото из архива
Платежный терминал в автобусе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
BakıKarta keçidlə əlaqədar son bir ayda şəhərin müxtəlif ərazilərində 50 yeni dayanacaq yeri müəyyən edilərək müvafiq nişanlar qoyulub.

BAKI, 22 yanvar — Sputnik. Artıq 29 xətt üzrə 598 avtobusda sərnişinlərimiz gediş haqqının BakıKart vasitəsi ilə nağdsız formada ödəyirlər. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Ağayev deyib ki, qarşıdakı günlərdə bu göstəricilər dəyişəcək: "Çünki bildiyiniz kimi xətlərin inteqrasiyası davam etməkdədir. Ayın 24-də 4 nömrəli marşrut xəttinin də inteqrasiyası planlaşdırılır. Həmçinin, fevral ayından xətlərin BakıKarta keçidi daha sürətli aparılacaq. BakıKarta keçidlə əlaqədar son bir ayda şəhərin müxtəlif ərazilərində 50 yeni dayanacaq yeri müəyyən edilərək müvafiq nişanlar qoyulub. 13 yerdə isə yeni ödəmə məntəqələri təşkil olunub. Bir daha vurğulamaq istərdim ki, nağdsız ödənişə keçid sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması üçün olduqca zəruridir. Kart sisteminə keçid eyni zamanda, sərnişindaşımada qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından da vacibdir. Son bir neçə həftədə kart sisteminə inteqrasiya olunan xətlərlə bağlı şikayət xarakterli müraciətlərin əhəmiyyətli dərəcədə azalması bunun bariz nümunəsidir".

Xəbər lenti
0