CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məcburi deyil, tövsiyə olunur - Amma gördüyünüz işi bilsəniz, sizə tələbat da artacaq

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidКавказский государственный природный биосферный заповедник
Кавказский государственный природный биосферный заповедник - Sputnik Azərbaycan
Abunə olmaq
"Bələdçilik elm deyil. Bu peşəni seçən şəxs o zaman uğurlu olur ki, peşəni praktik öyrənir. Yəni, dörd divar arasında bu peşə üzrə kadr hazırlamaq mümkün deyil"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. Bu ildən Azərbaycanda turizm bələdçilərinin attestasiyasına başlanacaq. Bunu Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) həmtəsisçisi, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyalar Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova deyib.

Винный погреб Исмаиллы Шараб 2 в селе Хаджихатамли - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şərab zavodları turist marşrutlarına salınacaq

Onun sözlərinə görə, bu ildən ATBA-nın məlumat bazasında qeydiyyatdan keçmiş ölkə üzrə 300 aktiv bələdçinin attestasiyası aparılacaq. Bununla bağlı elan fevral ayında veriləcək: "Attestasiyadan uğurla keçən bələdçilərə turizm bələdçisi kartı veriləcək. Biz bütün bələdçiləri attestasiyadan keçirməyi planlaşdırırıq".

Qeyd edək ki, son illər ölkəmizdə turizmin inkişafı bələdçilərə olan tələbatı da artırıb. Dil biliyi olan, peşəkar bələdçilər turizmin aparıcı qoluna çevrilib.

Bəs görəsən, attestasiyadan keçən bələdçilərin hansı üstünlükləri olacaq? Ümumiyyətlə, bələdçi kartı olanları digər həmkarlarından fərqləndirən peşə bacarıqları hansılardır?

Səkinə Əsgərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, turizm sahəsində lisenziyalar ləğv olunanadək bu attestasiya keçirilirmiş. Attestasiyadan keçmək məcburi olmasa da, bələdçilər öz biliklərini artırmaq üçün kurslarda iştirak edirmişlər.

S.Əsgərova deyir ki, bələdçilərlə bağlı əsas tələblərdən biri ölkə daxilində işləmək icazəsinin və ən azı bir xarici dil biliyinin olmasıdır. Digər keyfiyyətlər isə ünsiyyət bacarığı, sosial biliklərlə bağlıdır: "Bu gün bizə bələdçi kartı almaq üçün müraciət edənlərin əksər hissəsi dəqiq elmlərə yiyələnənlərdir. Amma təcrübə göstərir ki, humanitar bilikləri olanlar bu sahədə daha uğurlu olurlar. Seçim zamanı müraciət edən şəxsin ünsiyyət qabiliyyəti də öyrənilir, buna rəy verilir".

Həmsöhbətimiz deyir ki, bələdçilik peşəsində tələb olunan keyfiyyətlərdən biri də vətənpərvər olmaq, öz ölkəsini tanıtmaq istəyinin olmasıdır. Amma Ş.Əsgərova peşə biliyinin olmasının da vacibliyini vurğulayır: "Əksər bələdçilər özləri bu peşəni görə-görə öyrəniblər. Loru dildə desək, professional şəkildə dərs almayıblar. Biz də o boşluqlar üzərində işləyirik. Biz onlardan tələb edə bilmərik ki, gəlib bizim təlimlərdə otursunlar. Onlar ailə başçılarıdır, işləyib pul qazanmalıdırlar. Ona görə də biz onlarla tələbə kimi münasibət qura bilmərik. Bunun üçün hədəf nöqtələri tapmışıq. Biz bələdçilərə həmin boşluqlar üzrə yardım edirik ki, öz sahəsi üzrə daha da püxtələşsinlər".

Azər Allahverənov - Sputnik Azərbaycan
Ekspert Rusiya ilə turizm əlaqələrinin potensialını şərh edir

Ş.Əsgərovanın sözlərinə görə, artıq bələdçi peşəsi üzrə kadr hazırlığına da başlanılıb. Bununla belə, beynəlxalq təlimçi bələdçiliyin texniki peşə biliyi tələb etdiyini deyir: "Bələdçilik elm deyil. Bu peşəni seçən şəxs o zaman uğurlu olur ki, peşəni praktik öyrənir. Yəni, dörd divar arasında bu peşə üzrə kadr hazırlamaq mümkün deyil".

Onun sözlərinə görə, hazırda ölkəmizdə 600-700 aktiv bələdçi var. Onların hamısının attestasiyadan keçib-keçməyəcəyinə gəlincə, Ş.Əsgərova attestasiyanın məcburi olmadığını söyləyir. Amma o, attestasiyadan keçənlərin turizm bazarında üstünlükləri olduğunu da gizlətmir: "İşə götürülərkən bələdçi kartının üstünlüyü var. Tur operatorlar da attestasiyadan keçən bələdçilərə üstünlük verirlər. Amma bələdçilərdən bu kart şərt kimi tələb olunmur".

Turizm üzrə ekspert Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bələdçilərin attestasiyadan keçirilməsinin müsbət addım olduğunu bildirib. Onun sözlərinə görə, ekskursiya bələdçiləri turizmin inkişafında önəmli yer tuturlar. M.Ağakərimov deyir ki, bələdçi tarixini, mədəniyyətini bilən şəxs olmalıdır: "Eyni zamanda Azərbaycanın iqtisadi-siyasi həyatını da bilməlidir".

M.Ağakərimov deyir ki, bələdçilərlə yanaşı, onları attestasiyadan keçirənlərin də bu sahə üzrə peşəkar olması vacib amildir: "Attestasiyanı keçirdən ekspert qrupunda bilikli şəxslər olmalıdır. Onlar özləri ekskursiya işini daha yaxşı bilməlidir. Qiymətləndirən şəxslərin biliyi bir neçə pillə üstün olmalıdır ki, onlar seçimi düzgün edə bilsinlər".

Turizm üzrə ekspert bələdçilərlə bağlı sadalananlarla yanaşı, xarici dil biliyinin də əsas tələb olduğunu deyir: "Bələdçi hansı dildə ekskursiya keçirəcəksə, o sahədə də dil biliyi yaxşı olmalıdır. Azərbaycan ədəbi dili səviyyəsində ekskursiya keçirdiyi əcnəbi dildə danışa bilməlidir. Həmçinin nitq mədəniyyəti olmalıdır. Attestasiya zamanı bələdçilərdə bu amillər mütləq şəkildə nəzərə alınmalıdır".

Ölkəyə turist cəlb etmək üçün daha bir addım atılıb

Qeyd edək ki, bələdçilərin attestasiyası 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə fənlər üzrə test imtahanı keçiriləcək. İkinci mərhələdə bələdçi bilet çəkərək Attestasiya Komissiyasının üzvlərinin qarşısında şifahı imtahan verəcək. Üçüncü mərhələdə isə bələdçilər üçün imtahan keçiriləcək, onların avtobus və gəzinti turları ilə praktik peşə bilikləri yoxlanılacaq.

Xəbər lenti
0