CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xırdalan sakinlərinin iki zülmü bitdi

© Azerbaijan Highway State AgencyXırdalanda 2 küçənin təmiri yekunlaşıb
Xırdalanda 2 küçənin təmiri yekunlaşıb - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə başçısının sərəncamına əsasən, növbəti mərhələdə 1.5 km uzunluğa malik Hacı Zeynalabdin Tağıyev və 1.2 km uzunluğa malik Səttar Bəhlulzadə küçələrinin əsaslı təmiri nəzərdə tutulub.

BAKI, 21 yanvar — Sputnik. Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq təmir-tikinti işləri uğurla icra olunur.

Sputnik Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYYDA) məlumatına istinadla xəbər verir ki, tədbirlərin icrasına ilk olaraq Xırdalan şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan Heydər Əliyev prospektindən başlanılıb. Prospektin uzunluğu 5100 metrdir ki, bunun da 2700 metri 4 hərəkət zolaqlıdır.

Əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, zəruri olan yerlərdə yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib. Bundan başqa, mümkün ərazilərdə yolun hər iki tərəfi 2 m olmaqla 1000 m uzunluğunda genişləndirilib. Mövcud piyada səkilərinin yenidən qurulması, zəruri olan yerlərdə yeni piyada səkilərinin tikintisi, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri də layihə üzrə həyata keçirilən işlərdəndir. Bu çərçivədə prospektə 1000 p/metr beton səki daşı qoyulub.

Prospektdə işlər "İnşaat norma və standartları"na uyğun şəkildə kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Bu isə gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmamasını sığortalamış olacaq.

© Azerbaijan Highway State Agency
Xırdalanda 2 küçənin təmiri yekunlaşıb - Sputnik Azərbaycan
1/3
© Azerbaijan Highway State Agency
Xırdalanda 2 küçənin təmiri yekunlaşıb - Sputnik Azərbaycan
2/3
© Azerbaijan Highway State Agency
Xırdalanda 2 küçənin təmiri yekunlaşıb - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının baxış qapaqları layihə hündürlüyünə qaldırılaraq yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkil üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Prezident İlham Əliyevin sərəncamına əsasən, analoji təmir işləri Xırdalan şəhərinin digər küçələrində də aparılır. İlkin olaraq təmir işlərinə ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrində start verilib.

Aparılan kompleks tədbirlər çərçivəsində, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nizami Gəncəvi və Qalubiyyə küçələrinin təmiri artıq yekunlaşdırılıb. Qalubiyyə küçəsinin uzunluğu 1.1 km, eni 10 m, Nizami Gəncəvi küçəsinin uzunluğu 1.6 km, eni isə 12 m təşkil edir. Bu küçələr üzrə asfaltlanmış ərazinin sahəsi 12.5 min kv.m təşkil edir.

Ölkə başçısının sərəncamına əsasən, növbəti mərhələdə 1.5 km uzunluğa malik Hacı Zeynalabdin Tağıyev və 1.2 km uzunluğa malik Səttar Bəhlulzadə küçələrinin əsaslı təmiri nəzərdə tutulub. Bu küçələr üzrə asfaltlanacaq sahə 22.5 min kv.m-dir.

Xəbər lenti
0