CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zakir Həsənov Gürcüstanda səfərdədir

© Sputnik / Mikhail Mokrushin / Mediabanka keçidВид на город Тбилиси
Вид на город Тбилиси - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək

BAKI, 21 yanvar — Sputnik. Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 21-də Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilir. Səfər çərçivəsində Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Xəbər lenti
0