CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda tanınmış jurnalist vəfat edib

© pixabay / Pexels / journalistЖурналист, фото из архива
Журналист, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Elmira Əliyeva 2010-cu ildə təqaüdə çıxdıqdan sonra da mətbuatla fəal əməkdaşlıq edib. O, 89 yaşında vəfat edib

BAKI, 20 yanvar — Sputnik. Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva dünyasını dəyişib.

Sputnik Azərbaycan xəbər verir ki, E.Əliyeva 89 yaşında vəfat edib.

© AZƏRTACƏməkdar jurnalist Elmira Əliyeva
Azərbaycanda tanınmış jurnalist vəfat edib - Sputnik Azərbaycan
Əməkdar jurnalist Elmira Əliyeva

E.Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.

1987-ci ildə "Azərinform"da (indiki AZƏRTAC) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, Mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.

2010-cu ildə təqaüdə çıxdıqdan sonra da mətbuatla fəal əməkdaşlıq edib.

Allah rəhmət eləsin!

Xəbər lenti
0