CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məzahir Pənahov: “MSK-ya daxil olan şikayətlərin sayı xeyli azalıb”

© REPORTMəzahir Pənahov
Məzahir Pənahov - Sputnik Azərbaycan
Abunə olmaq
“Şikayət xarakterli müraciətlər də daxil olmaqla ümumi şikayətlərin sayı 30-40-ı keçmir. Bu da bizi sevindirir”

BAKI, 20 yanvar — Sputnik. "Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azdır".

Журналист, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
"Seçki-2020" Müstəqil Media Mərkəzi yaradılıb

Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müəyyən şikayətlər var ki, MSK istəsə də, Seçki Məcəlləsinin tələbinə görə, həmin məsələ Komissiyanın iclasına çıxa bilməz: “Hətta həmin şikayət xarakterli müraciətlər də daxil olmaqla ümumi şikayətlərin sayı 30-40-ı keçmir. Yəni builki seçkilərdə şikayətlər ötən seçkilərlə müqayisə olunmaz dərəcədə azdır. Bu da bizi sevindirir".

Sədr deputatlığa namizədlərin sayının çox olmasına da münasibət bildirib.

“Cəmiyyətdə baş verən dəyişikliklər hiss olunur ki, ictimaiyyət tərəfindən yaxşı qarşılanır. Əvvəllər biz deyirdik ki, müstəqil ölkənin vətəndaşları fəal olmalıdırlar. Bu gün çox məmnuniyyətlə deyə bilərəm ki, artıq bunu fəaliyyətimizdə hiss edirik”, - sədr əlavə edib.

Xəbər lenti
0