CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol polisi haqda videoya Baş İdarədən açıqlama

© Sputnik / Murad OrujovСотрудник дорожной полици, фото из архива
Сотрудник дорожной полици, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmalarla sübuta yetirilib ki, yol polisi inzibati xəta üzrə vəzifələrini tam və qanunauyğun formada icrasını təmin edib, hər hansı qanunsuzluq faktı aşkarlanmayıb

BAKI, 18 yanvar — Sputnik. "Sosial şəbəkələrdə paytaxtda yol polisinin rüşvət alması iddiaları ilə bağlı yayılan videogörüntülər Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsində tam və hərtərəfli araşdırılıb. Görüntülərdə qeyd olunan iddialar əsassızdır".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, ötən ilin aprel ayının 26-da 90-FX-065 dövlət qeydiyyat nişanlı avtomobil "Yol Hərəkəti haqqında" qanunun 69-cu maddəsini VII hissəsinin 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozduğu üçün yol polisi tərəfindən dayandırılıb.

Vətəndaş Həmzə Muradov avtomobildən düşərək sürücülük vəsiqəsini yol polisinə verdikdən sonra avtomobillər yolun hərəkət hissəsindən kənara çəkilərək yol ayrıcında İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunub. Araşdırmalarla sübuta yetirilib ki, yol polisi inzibati xəta üzrə vəzifələrini tam və qanunauyğun formada icrasını təmin edib, hər hansı qanunsuzluq faktı aşkarlanmayıb.

Xəbər lenti
0