03:58 29 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
111420

"Bu mənə insanın ölümsüz olmadığını xatırladır. Sonumuzun bir daş olacağını yada salır. Bu səbəbdən pis əməllərdən çəkindirməyə çağırır"

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. O, hər səhər qalxdığında öz məzar daşıyla qarşılaşır. Daşın üzərindən baxan fotosunun qarşısında dayanaraq heç bir şeyin sonsuz olmadığını bir daha xatırlayır.

Sputnik Azərbaycan xəbər verir ki, Ağstafa rayon Poylu kənd sakini, 81 yaşlı Yaqub Dəmirov sağlığında özü üçün məzar daşı hazırlatdırıb. O, özündən sonra kimsənin əziyyət çəkməməsi üçün bu yola əl atıb. Qara mərmər daşdan hazırlatdığı məzar və sinə daşının üzərinə şəklini və sevdiyi şeir parçasını həkk etdirib.

© Sputnik / Ilham Mustafa
Özünə məzar daşı düzəldən adam Yaqub Dəmirov

Vaxtaşırı olaraq onları silib-təmizləyən Yaqub Dəmirov iş yoldaşlarıyla təsadüfi söhbət zamanı bu qərara gəldiyini deyir:

"Uzun müddət sürücü işləmişəm. Bir gün keçmiş iş yoldaşlarımdan biri ilə söhbət edəndə dedi ki, istəyirəm, özümə məzar daşı düzəltdirim, amma qorxuram. O söhbət həmişə başımda fırlanırdı. Bir gün qərara gəldim ki, öz daşımı hazırladım. Ağstafada 2400 manata bu daşı hazırlatdım. Öz halal pulumla düzəltdirdim ki, mən öləndən sonra heç kim əziyyət çəkməsin".

Qorxmaz adam olduğunu deyən Ağstafa sakini bunun həm də tərbiyəvi xarakter daşıdığı fikrindədir.

  • Özünə məzar daşı düzəldən adam Yaqub Dəmirov
    © Sputnik / Ilham Mustafa
  • Özünə məzar daşı düzəldən adam Yaqub Dəmirov
    © Sputnik / Ilham Mustafa
  • Özünə məzar daşı düzəldən adam Yaqub Dəmirov
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Özünə məzar daşı düzəldən adam Yaqub Dəmirov

"Hər səhər öz başdaşımla qarşılaşıram. Bu mənə insanın ölümsüz olmadığını xatırladır. Sonumuzun bir daş olacağını yada salır. Bu səbəbdən pis əməllərdən çəkindirməyə çağırır", - ahıl bildirir.

Yaqub Dəmirov bəzən öz məzar daşının yanında dayanaraq keçmişi yada salıb dərdləşdiyini də deyir. Özünün dəfn olunacağı yeri isə dünyasını dəyişən həyat yoldaşının məzarının yanında saxlayıb.

Əlaqədar

Bakıdakı on səkkiz qəbiristanlıqla bağlı müəmma - Onlara yiyə duran yoxdur
Dövlətlər dəyişib, amma ölülərdən can qurtarma üsulu dəyişməyib - TAPINTI
Canlarının qəsdinə duranların məzarlarını göz bəbəyi kimi qoruyurlar - FOTO
Mən öləndə Şaxandanda basdırın, çünki onun Şahi-Xəndanı var...
Bura həm qürur, həm də şəfa yerimizdir, üstəlik insanlığın tarixi də buradan başlayır

Əsas mövzular