04:41 29 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
22 0 0

Sığorta hadisəsi baş verərsə, daşınmaz əmlaklarına dəyən ziyanın sığorta müqaviləsi bağladıqları şirkət tərəfindən onlara ödəniləcəyi, bununla da mümkün zərərin minimuma enə biləcəyi barədə maarifləndirmə işlərinə üstünlük verilib

BAKI, 17 yanvar — Sputnik. "İlin əvvəlindən bu günədək FHN DYNX-nin əməkdaşları yanğın-texniki müayinə və maarifləndirmə tədbirləri çərçivəsində 3000-dək obyektdə olub, yanğınla bağlı aşkar edilən nöqsanların aradan qaldırılması üçün obyektlərin rəhbər işçilərinə müvafiq göstəriş və tövsiyələrini veriblər". Bu barədə Sputnik Azərbaycan-a FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev məlumat verib.

O, bildirib ki, qeyd olunanlarla yanaşı əməkdaşlarımız daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsinin mövcudluğu faktını da diqqətdə saxlayıb: "İcbari sığorta müqaviləsini bağlamayan obyekt sahiblərinə - daşınmaz əmlaklarını sığorta etdirməyin faydasını dərk edərək bunu etməyin məqsədəmüvafiqliyi, sığorta hadisəsi baş verərsə, daşınmaz əmlaklarına dəyən ziyanın sığorta müqaviləsi bağladıqları şirkət tərəfindən onlara ödəniləcəyi, bununla da mümkün zərərin minimuma enə biləcəyi barədə maarifləndirmə işlərinə üstünlük verilib".

Əsas mövzular