CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın bəzi yerlərində işıq sönəcək

© pixabay / GregMontaniЛампа накаливания, фото из архива
Лампа накаливания, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti abonentləri xəbərdar edib, sabahdan etibarən təmir işləri bitənədək abonentlər işıqsız qalacaqlar

BAKI, 16 yanvar — Sputnik. Yasamal rayonu ərazisində yerləşən A.Şaiq, L.Tolstoy, Ç.Mustafayev, M.Əliyev, A.Qarayev, Şahbazi küçələlərinin kəsişdiyi ərazilərdə elektrik enerjisinin təchizatı müəyyən müddətə qədər dayandıracaq.

Bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a məlumat verilib. Bildirilib ki, sabah səhər saatlarından etibarən köhnə Sovetski adlanan ərazidə davam edən abadlıq və yenidənqurma işləri, köhnəlmiş elektrik veriliş xətlərinin və yeraltı kabel xətlərinin (elektrik enerjisi infrastrukturunun yenidən qurulması) yenilənməsi aparılacaq.

Xəbər lenti
0