CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metrodakı tüstülənmənin səbəbi bəlli oldu

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidПоезд в тоннеле, фото из архива
Поезд в тоннеле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bəzən stansiyalardan, kabab, yaxud da başqa bir qoxu, iy gəlir deyirlər. Bu da ventilyatorun çöldən sovurduğu hava ilə əlaqədar olur" - Bəxtiyar Məmmədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Metronun "Elmlər Akademiyası" stansiyasında qatı tüstü müşahidə edilib. Məsələ ilə bağlı olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında tüstülənmənin səbəbindən danışıb. O bildirib ki, tüstüyə səbəb hər hansı bir yanğın hadisəsi deyil:

"Bizim stansiyalardakı ventilyatorlar iki rejimdə çalışır. Onlardan biri havanı içəri sovurur, digəri içəridəki havanı çölə vurur. Ventilyatorlar işlədiyi anda, çöldəki havanı sovurub içəri vurduğu anda belə bir qoxu hiss olunub. Daha sonra ventilyatorun iş rejimi dəyişdirilib, həmin qoxu aradan qalxıb".

"Sizə elementar bir misal deyim, bəzən stansiyalardan, kabab, yaxud da başqa bir qoxu, iy gəlir deyirlər. Bu da ventilyatorun çöldən sovurduğu hava ilə əlaqədar olur", - deyə o əlavə edib.

Xəbər lenti
0