CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan MDB məkanında birinci yerdədir

© © Sputnik / Elvin AhmadПожилая женщина, фото из архива
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sahil Babayev qeyd edib ki, bu gün Azərbaycan BMT-nin əsas söz sahibi olan iştirakçılarından biridir: “Azərbaycanda aparılan sosial islahatların nəticəsi olaraq əhalinin sosial təminatı, sosial müdafiəsi ötən illərə nisbətən daha da yaxşılaşır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycanda kadr potensialı davamlı inkişaf edir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrin müəyyənləşdirilməsi məqsədilə keçirilən konfransda çıxışı zamanı bildirib.

Sahil Babayev qeyd edib ki, bu gün Azərbaycan BMT-nin əsas söz sahibi olan iştirakçılarından biridir: “Azərbaycanda aparılan sosial islahatların nəticəsi olaraq əhalinin sosial təminatı, sosial müdafiəsi ötən illərə nisbətən daha da yaxşılaşır.

Azərbaycan hökuməti Prezident İlham Əliyevin təşəbbüsü ilə sosial sahədə böyük islahatlar gerçəkləşdirib".

O vurğulayıb ki, ötən il ölkədə minimum əməkhaqqı 92 faiz, minumum pensiya 72 faiz, bütüm müavinətlər isə 100 faiz-ə qədər artırılıb: "Bu da öz növbəsində əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir”.

S.Babayev devalvasiya səbəbindən zərərçəkən vətəndaşlar barədə görülən tədbirlərdən də danışıb:

“Ötən il həm də devalvasiyadan zərərçəkən, borcluların vaxtı keçmiş kreditlərinin ödənilməsi ilə bağlı paket qəbul edildi. Bütün bunların fonunda bu gün Azərbaycan MDB məkanında minimum pensiyaya görə 1-ci yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə isə 2-ci yerdədir".

Azərbaycan BMT-yə töhfə verməklə yanaşı, dəstək almağa da çalışır. Hər bir ölkədə sosial sahənin inkişafı ölkənin ümumi inkişafına xidmət edir. Bu əlaqə isə özünü dayanıqlı inkişafda göstərir. Dayanıqlı maliyyə təminatı olmadan dayanıqlı inkişafdan da danışmaq mümkün deyil”.

S.Babayev son olaraq Azərbaycanda bütün sahələr üzrə kadr potensialının davamlı artdığını da diqqətə çatdırıb: “Bu gün ölkəmizdə kadr potensialında artım, peşəkarlıq səviyyəsinin daha da yüksəlməsini qeyd etməliyik. Peşəkar, təcrübəli kadrlar aparılan islahatlarda və görülən tədbirlərdə ən önəmli məqamlardan birini təşkil edir”.

Xəbər lenti
0