17:01 30 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
74 0 0

Bu müddət ərzində onun məktəbdə şagird və müəllimlərə qarşı kobud rəftarı valideynlər və pedaqoji heyət arasında ciddi narazılığa səbəb olub, onunla bağlı məktəb rəhbərliyinə dəfələrlə şikayətlər olunub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 yanvar — Sputnik. 169 nömrəli tam orta məktəbin müəllimi İbrahim Cəfərov dərs zamanı VI sinif şagirdini (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) vurduğuna və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən yol verdiyi digər ciddi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad olunub.

Sputnik Azərbaycan-a bununla bağlı 169 nömrəli tam orta məktəbdən verilən məlumatda qeyd olunur ki, İ.Cəfərov 2019-2020-ci dərs ilindən məktəbdə fəaliyyətə başlayıb. Bu müddət ərzində onun məktəbdə şagird və müəllimlərə qarşı kobud rəftarı valideynlər və pedaqoji heyət arasında ciddi narazılığa səbəb olub, onunla bağlı məktəb rəhbərliyinə dəfələrlə şikayətlər olunub. Bu hərəkətlərə son qoyması üçün rəhbərlik tərəfindən bir neçə dəfə ona şifahi xəbərdarlıq edilib. "Müəllimlərin etik davranış qaydaları"nın və Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərini kobud şəkildə pozduğuna görə 2019-cu ilin oktyabrında İ.Cəfərova töhmət verilib. Təəssüf ki, İ.Cəfərov bütün bunlardan düzgün nəticə çıxarmamış və müəllim adına uyğun olmayan hərəkətlərini davam etdirmişdir. 19 dekabr 2019-cu il tarixdə dərs zamanı VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) İ.Cəfərov tərəfindən döyülüb. Bununla bağlı şagirdin valideyni Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edib, uşaq tibbi ekspertizaya göndərilib. Sabunçu Rayon Prokurorluğunda və Sabunçu rayon 13-cü Polis Bölməsində İ.Cəfərovun əməlləri ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Əminik ki, kollektivin birgə səyi ilə tezliklə məktəbdəki əvvəlki səmərəli təhsil mühiti bərpa olunacaq".

Əlaqədar

O, "Azərbaycanın Braziliyası"nı yenidən yetişdirir - VİDEO - FOTO
Siqaret tüstüsündə boğulan məktəblərimiz - Şagirdləri bu axmaq vərdişdən necə çəkindirməli
Azərbaycanda dörd min "qızıl" uşaq var - amma buna hamı sevinmir
Təhsil naziri müəllimlərdən pul yığan direktora cəza verdi
Azərbaycanın ucqarında "mini Avropa" - Məktəblilərdən ibrətamiz addım

Əsas mövzular