CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava daha da soyuyacaq

© pixabay / claude05allevaСосульки, фото из архива
Сосульки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gündüz əksər rayonlarda əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək

BAKI, 12 yanvar — Sputnik. Yanvarın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq.

Azərbaycanın rayonlarında: bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Xəbər lenti
0