CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

O pis tendensiya bizə də çatdı – Qocaların sayı artır, cavanlar isə azlığa çevrilir

© Sputnik / Elvin AhmadПожилая женщина, фото из архива
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar və hazırda ölkəmizdə ahıl vətəndaşların sayı 400 minə yaxındır

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 yanvar — Sputnik. Azərbaycanda yaşlı əhalinin sayı öncəki illərlə müqayisədə artıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Anket doldurmaq, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
“Bəs sizi siyahıya alıblar?” - Statistika Komitəsi “hə” deyir, əhali “yox”

Statistikaya görə, 2018-ci illə müqayisədə ötən ildə 70 yaşdan yuxarı olan şəxslərin sayında artım qeydə alınıb, bu rəqəm 385 min nəfərdən 401 min nəfərə qalxıb. Eyni zamanda, 65-69 yaşlıların sayında da artım qeydə alınıb. Belə ki, 2018-ci ildə bu yaş qrupunda olanların sayı 262 min, ötən ildə isə 277 min olub.

Lakin müəyyən yaş qruplarının sayında azalmalar qeydə alınıb. Belə ki, 2018-ci illə müqayisədə 0-4 yaşlıların sayı 805 mindən 771 minə, 15-19 yaşlıların sayı 652 mindən 646 minə, 20-24 yaşlıların sayı 799 mindən 760 minə, 25-29 yaşlıların sayı 934 mindən 916 minə, 45-49 yaşlıların sayı 639 mindən 622 minə, 50-54 yaşlıların sayı 649 mindən 648 minə düşüb.

Ümumi mənzərəyə baxdıqda, nəinki Azərbaycanda, bütün dünyada bu tendensiyanın davam etdiyini görə bilərik. "The Economist Intelligence Unit" dərgisinin məlumatına görə, 2020-ci ildə yaşı 30-dan yuxarı olan şəxslərin sayı yaşı 30-dan az olanlardan daha da çox olacaq, növbəti 10 ildə yaşlı əhalinin sayı 10 dəfə artacaq. Proqnozlara görə, bu artımı Afrika və Asiya ölkələrində görmək mümkün olacaq.

Maraqlıdır, dünyada və Azərbaycanda gedən bu prosesin əsas səbəbi nədir?

Əhali sürətlə yaşlanır, cavanlar isə işsiz qalır

Sosioloq Elvin Muradov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ümumi şəkildə deyilsə, yaşlanma yaşın irəliləməsi ilə baş verən, ölmə ehtimalını artıran dəyişikliklər toplusudur: “Artan yaş funksional olaraq 50+ üçün risk faktorudur. Ömrün uzanmasına nisbətdə doğuşun azalması dünya miqyasında əhali sayının azalması ilə nəticələnir. Bu gün inkişaf etmiş ölkələrlə müqayisədə inkişaf etməkdə olan ölkələrdə əhali daha çox yaşlanmadan təsirlənir. BMT-nin  Əhali Fondunun proqnozuna görə, 2050-ci ildə dünya əhalisinin sayı 9.1 milyardadək qalxacaq.  2050-ci ildə yaşı 5-dən aşağı olan uşaqların sayının 49 milyona düşəcəyi proqnozlaşdırılır. BMT-nin Əhali Fondunun Azərbaycan üçün olan proqnozuna görə, 2010-2050-ci illərdə 15-64 yaş qrupunda olan əhalinin səviyyəsi 69.5 faizdən 64.7 faizə düşəcək. Bu isə o deməkdir ki, 2050-ci ildə ölkəmizdə əhalinin artım əmsalı illik doğum sayının azalmasına görə, qonşu ölkələrdən iki dəfə çox olacaq. Bu fenomen isə özünü son illərdə getdikcə daha çox biruzə verir. İnkişaf etmiş ölkələrdə 2020-ci ilədək bütün ölümlərin 3/4 hissəsinin yaşlanma ilə əlaqəli olacağı təxmin edilirdi".

Azərbaycanla bağlı vəziyyətə gəldikdə isə sosioloq deyir ki, son 20-30 ildə Azərbaycanda əhali yaşlanıb: "SSRİ dağıldıqdan sonra Azərbaycan bir neçə parametrə görə Avropa ölkələrinə yaxınlaşdı ki, bunlardan biri ailələrin 1, yaxud da 2-ci övladla kifayətlənmələri oldu. Azərbaycanda ailələrdə 3, 4, 5-ci uşaqların doğum tezliyi aşağı düşüb. Bunun da əsas səbəblərindən biri urbanizasiyadır. Rayon və kəndlərdə yaşayan əhali böyük şəhərin cazibəsinə qapılaraq bura köç edir. Bu köçün əsas səbəbi də işlə bağlı olur. Çünki son 20-30-ci ildə regionlarda olan işlərin böyük əksəriyyəti mövsümi xarakter daşıyırdı. Daimi iş yerlərinin azlığı urbanizasiyaya təsir edirdi. Şəhər həyatı isə aktivliyi, valideynlərin işləməsini tələb etdiyi üçün çox uşağın olması üçün şərait yaranmır. Valideynlər övladlarının təhsili haqda düşünməli olurlar. Uşaq çox olduqda isə tərəflərdən biri, yəni ana işləməmək məcburiyyətində qalır, yaxud da övladları üçün dayə tutmalı olur".

"Lakin regionların sürətli inkişafı üçün verilən sərəncamlar var ki, buna müvafiq olaraq investisiya qoyuluşunun artması yeni iş yerlərinin açılmasının, əhalinin iş səviyyəsinin artımının, yoxsulluğun daha da azaldılmasına təkan verib. Əhalinin yaşlanması, yaşlı əhalinin çəkisinin artması iqtisadiyyata ağırlığın düşməsi kimi də qəbul edilə bilər. Fəal yaşlanma indeksi anlayışı var ki, bu əhalinin yaşlı təbəqəsinin cəmiyyətin həyatında iştirakçılığının səviyyəsi ilə bağlı mənzərəni təqdim edir. Ahıl şəxslər nə qədər sağlam həyat sürərlərsə, onların cəmiyyətə verdikləri töhfə bir o qədər də yüksək olacaq. Fəal yaşlanma indeksi bu dinamikanı izləməyə imkan verən demoqrafik ölçü alətidir. Bu gün ölkəmizdə aparılan islahatların əsas bir hissəsi də məhz yaşlı əhaliyə dövlət qayğısının olması ilə bağldır", - deyə o əlavə edib.

Azərbaycanda əhali yenidən siyahıya alınacaq

E.Muradov deyir ki, BMT-nin statistikalarına nəzər saldıqda biz Azərbaycan üçün əhalinin yaşlanmasının digər ölkələrlə müqayisədə bir o qədər də təhlükəli olmadığını görə bilərik.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar və hazırda ölkəmizdə ahıl vətəndaşların sayı 400 minə yaxındır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ilk dəfə olaraq 2018-ci ildə dünyada yaşlı insanların sayında nəzərəçarpacaq dərəcədə artım qeydə alınıb. ÜST yaxın gələcəkdə bu rəqəmin daha da artacağını proqnozlaşdırır. Belə ki, onların hesablamalarına görə, 2050-ci ildə yaşı 80-dan yuxarı olan şəxslərin sayı hazırkı rəqəmdən, yəni 149 milyondan 426 milyona çatacaq. ÜST-ün hesabatlarında son illərdə xüsusən də 65 yaşdan yuxarı olan şəxslərin sayında sürətlə artımın qeydə alındığı vurğulanır.

Горожане на улице Низами в Баку - Sputnik Azərbaycan
Statistika Komitəsi əhali artımı ilə bağlı məlumat yaydı

İnsanların yaşadığı hər 20 ilinin 7 min 300 günə bərabər olduğu bildirilən hesabatda qeyd olunan proqnozlarda bir şəxsin yaşının 65-dən yuxarı olmasının onun 85 yaşadək yaşama ehtimallarını 50 faiz artırdığını bildirilir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 1990-cı ildə diri doğulan uşaqların sayı 182 min 989, 1991-ci ildə bu rəqəm 190 min 353 olub. 1992-ci ildən etibarən isə bu rəqəmdə azlamalar müşahidə olunub. 2009-2016-cı illərdə isə bu rəqəmlərdə yenidən artıma meyllilik müşahidə olunub. Belə ki, 2009-cu ildə bu rəqəm 152 min 139, 2016-cı ildə isə 159 min 464 olub. Lakin 2017-ci ildən etibarən rəqəmlərdə yenidən azalmalar müşahidə edilib. Belə ki, 2017-ci ildə diri doğulanların sayı 144 min 41, 2018-ci ildə isə bu rəqəm 138 min 982 olub. Statistikalara nəzər yetirərək yuxarıda qeyd etdiyimiz rəqəmlərdə azalmaların məhz 1992-ci ildən sonrakı bir neçə ildə və son bir neçə ildə başladığını deyə bilərik.

Xəbər lenti
0